250px|thumb|right|Köhnə Bakı küçəsi
Azərbaycan cəmiyyəti — Azərbaycan mühitində və mədəniyyətində vacib hesab edilən davranış normaları (ədəb), ailə dəyərləri, inanclar, ənənələr və s.-nin tətbiq edildiyi cəmiyyət.
Azərbaycan mədəniyyəti kollektivçi və patriarxal mədəniyyətdir. İslam dininin təsiri Azərbaycan mədəniyyətinin mayasına hopmuş, digər mədəni elementlərlə birləşmişdir. Sufizm Azərbaycan mənəvi həyatında böyük rol oynamışdır və bu rol hələ də davam edir.Ахундова Н. Ф.. Развитие суфизма в Азербайджане: возвышение шейха Сефи ад-дина Исхака Ардебили в эпоху ильханата (на основе сведений западной историографии). — АНО "Научно-исследовательский институт истории, экономики и права", 2018. — 200 с. — ISBN 978-5-906724-35-9. XIII əsrdən başlayan monqol hakimiyyəti Azərbaycanda yerli şamançılıq ənənələrinin güclənməsinə səbəb olmuş, şamançılığın özü Azərbaycan adət-ənənələrinə təsir etmişdir.
Cənubi Qafqazın üç imperiya tərəfindən əhatə edilməsi nəticəsində fars, türk, rus, sovet, şiə və sünni elementləri azərbaycanlılar tərəfindən öz ailə tarixlərində, ayinlərində, dillərində və yazılarında uyğunsuzluq və ya ziddiyyət hissi olmadan yan-yana qorunmuşdur.Yolaçan, S. (2019). Azeri networks through thick and thin: West Asian politics from a diasporic eye. Journal of Eurasian Studies, 10(1), 36–47. https://doi.org/10.1177/1879366518814936 Çarlıq və sovet dövründə Azərbaycanda dini savadsızlığa qarşı mübarizə, təhsilin müasirləşdirilməsi, qadınların hüquqlarının qorunması məsələləri ön planda olmuşdur. Sovet sisteminin dağılması nəticəsində qlobal dəyərlər Azərbaycana təsir etməyə başlamışdır. Müasir dövrdə dəyərlər və ənənələr azərbaycançılığın vacib tərkib hissəsidir, Azərbaycan Prezidentinin andiçmə mərasimi mətnində qeyd edilir, bu zaman prezident dəyərlərə və ənənələrə sadiq qalacağını bəyan edir.
Tarixi
Erkən dövr
Azərbaycanın maddi mədəniyyəti əsrlər boyunca davam edən simbiozun, yerli elementlərin və köçərilərin töhfələrinin incə birləşməsinin nəticəsidir. Azərbaycanda İslamın yayılmasıyla İslam mədəniyyəti inkişaf etmiş, bu dinin təsiri Azərbaycan mədəniyyətinin mayasına hopmuş, digər mədəni elementlərlə birləşmişdir.Najafizadeh, Mehrangiz. "GENDER AND IDEOLOGY: SOCIAL CHANGE AND ISLAM IN POST-SOVIET AZERBAIJAN." Journal of Third World Studies, vol. 29, no. 1, 2012, pp. 81–101. JSTOR, http://www.jstor.org/stable/45194854 . Accessed 4 Mar. 2023. Sufizm Azərbaycan mənəvi həyatında tarixən böyük rol oynamışdır və bu rol hələ də davam edir. Cənubi Qafqazın üç imperiya (İran, Osmanlı və Rusiya) tərəfindən əhatə edilməsi nəticəsində fars, türk, rus, sovet, şiə və sünni elementləri azərbaycanlılar tərəfindən öz ailə tarixlərində, ayinlərində, dillərində və yazılarında uyğunsuzluq və ya ziddiyyət hissi olmadan yan-yana qorunmuşdur.Yolaçan, S. (2019). Azeri networks through thick and thin: West Asian politics from a diasporic eye. Journal of Eurasian Studies, 10(1), 36–47. https://doi.org/10.1177/1879366518814936
XIII əsr monqol işğalı və ondan sonrakı dövrlərdə Elxanilərin həm İran Azərbaycanı, həm müasir Azərbaycanın üzərində hakimiyyət qurması burada yayılmış şamançılıq adətlərinin güclənməsinə gətirib çıxarmışdır. Şamanizm adətləri İslamın təsiri ilə dəyişikliklərə məruz qalmış, zərərsiz və vacib olmayan yerlərdə özünü qorumuşdur. Qədim adət-ənənə qaydaları Azərbaycan mədəni mühitində uşaq folklor və oyunlarında, geniş xalq təbəqələrinin mərasim və inanclarında yaşamağa davam etmişdir. Məsələn, azərbaycanlıların cümə axşamı ölülərin ruhuna hörmətən yediyi aşın qədim şamanizm qalıntısı olduğuna şübhə yoxdur. Bundan başqa, bir Azərbaycan nağılında şahzadələrin nişanlılarını seçmək üçün qızlara alma atması adəti XVII əsrdə Azərbaycanda yaşayan monqollarda da mövcud olmuşdur.
Elxani hökmdarı Hülakü xanın vəziri Nəsirəddin Tusi monqolların və şərq türklərinin adət, mədəniyyət və ənənələrinə tamamilə vaqif olmuş, onun oğlu da tamamilə türkləşmişdir. Əslən yəhudi olan, vəzir Fəzlullah Rəşidəddin də türk adət və ənənələrini mənimsəmişdir. Fəzlullah Rəşidəddinin oğulları Qiyasəddin və Cəlaləddin türklər tərəfindən fəzilət və əxlaqları, Elxani qanun və nizamlarını bildiklərinə görə mədh edilib sevilmişdir.
Gürcüstanda yaşayan kistlərin ənənəsi Azərbaycan şiə adətləri ilə gürcü xristianlığını özündə birləşdirir. Bunun sübutu kistlərin qəbirdaşlarının Azərbaycanın Şəhidlər Xiyabanındakı qəbirdaşları ilə bənzərliyidir.GOULD, REBECCA. "SECULARISM AND BELIEF IN GEORGIA’S PANKISI GORGE." Journal of Islamic Studies, vol. 22, no. 3, 2011, pp. 339–73. JSTOR, http://www.jstor.org/stable/26200894 . Accessed 23 Feb. 2024. page 359. İslam incəsənəti üzrə türkiyəli mütəxəssis Birgül Açıkyıldız hesab edir ki, erməni qəbiristanlıqlarında (məsələn, Culfada) tapılan erməni yazıları və tipik erməni ornamentləri olan qoç formalı qəbir daşları ətraf mədəniyyətlərin — kürd və Azərbaycan adət-ənənələrinin təsiri altında yaranıb. Açıkyıldızın fikrincə, zoomorf qəbir daşları daha çox düzbucaqlı xaçkarları ilə tanınan erməni qəbiristanlıqları üçün xarakterik deyil.Birgül Açıkyıldız. The Yezidis: The History of a Community, Culture and Religion. — New-York: I. B. Tauris & Co Ltd, 2014. — С. 191. — ISBN 9781784532161.
Tarixən, Cənubi Dağıstanın əhalisi Azərbaycanın mədəniyyət və davranışla bağlı normalarına istiqamətlənib, Azərbaycan linqvistik və mədəni mühiti ilə əhatələnib.Magomedkhan Magomedkhanov. Building of the Tower of Babel: Ethnolinguistic Processes in Dagestan. Russian Academy of Sciences, Dagestan Science Centre. Tatların mədəniyyəti əsrlər boyunca Azərbaycan və digər mədəniyyətlərin qarışması nəticəsində İran və türk elementləri və adət-ənənələrinə malik qarışıq mədəniyyət kimi formalaşmışdır.Minahan, James B. Tat // Ethnic Groups of North, East, and Central Asia: An Encyclopedia. — ABC-CLIO, 2014. — P. 261. — ISBN 9781610690188. İranda isə Qacar dövləti şahzadələri Təbrizdə azərbaycanlıların əhatəsində türk dili, mədəniyyəti və adətlərinə daha çox bağlanır, taxta çıxdıqdan sonra özlərini Azərbaycan türkləri ilə əhatə edirdilər.Prof. Dr. Namiq Musalı. Kaçarlar döneminde türk kimliği ve türkçenin konumu meseleleri üzerine (тур.) // Amasya Üniversitesi Sosyal Bilimler Dergisi. — 2018. — C. 2. — S. 131–171. — ISSN 2602–2567.
Ermənilərin əsrlər boyu müsəlman hakimlərinə tabe olması, onların türk tayfa ağsaqqalları ilə əlaqələri və tez-tez türk-erməni-fars nikahlarının baş verməsi nəticəsində ermənilər fars-türk müsəlman mədəniyyətinin elementlərini, məsələn dillərini, adlarını, musiqilərini, qadınlarının cəmiyyətdə itaətkar mövqeyini və bəzi hallarda hətta çoxarvadlılığı qəbul etmişdir.Stepan Lisitsian. Armenians of Nagorno-Karabakh; p. 44 Vərəndə məliki Hüseyn Naxçıvan xanının qızını qaçırmış və onunla evlənmişdir. Bu nikahdan dünyaya gələn II Şahnəzər öz qızı Hurizad xanımı Pənahəli xanın oğlu İbrahimxəlil xanla evləndirərək Qarabağ xanlığı ilə ittifaqını gücləndirmişdir. Erməni müəllifi Raffiyə görə, II Şahnəzər şəxsi həyatında farsların çoxarvadlılıq adətlərini qəbul etmiş, bununla da xristian mənşəli insanların dini hislərinə təsir etmiş, digər məliklərin nifrətinə səbəb olmuşdur.
Çarlıq dövrü 200px|thumb|right|"Maarif tüfəngi" (№ 15, 18 aprel 1910-cu il). "Molla Nəsrəddin" jurnalı. Rəssam: Oskar Şmerlinq Çarlıq hakimiyyəti dövründə, XIX əsrdə Azərbaycan sufi nəqşibəndi təriqətinə aid olan xəlidi şeyxləri evləri ziyarət edir, sufizm əxlaqını bu üsulla yaymağa çalışırdılar. XIX əsr nəqşibəndi xadimi Almalılı Mahmud Əfəndi Kazandakı xəlifəsinə yazdığı məktubunda pis əxlaqın əlacının sufi adəti olan xəlvətə çəkilmək olduğunu qeyd edirdi.
Çarlıq dövründə Azərbaycan intelektuallarının müasirləşməyə qarşı münasibətləri fərqli idi. Bir qrup mühafizəkarlar Qərb mədəniyyətinə assimilyasiya nəticəsində mənəvi dəyərlərin itiriləcəyini fikirləşirdi. Ekstrim Qərb tərəfdarları Qərb mədəniyyətinin xüsusiyyətlərinin istisna olmadan, azərbaycanlılar tərəfimdən qəbul edilməsini müdafiə edirdilər. Digərləri isə fikirləşirdi ki, elmi və texnoloji yeniliklər və mədəni innovasiyalar əldə edilməli, ancaq mənəvi dəyərlər qorunmalıdır.
XX əsrin əvvəllərindən etibarən nəşr edilən "Molla Nəsrəddin" jurnalı Azərbaycan cəmiyyətinin geridə qalmasını tənqid edirdi. Din və din xadimləri jurnalda tənqid edilir, yağış yağdırmaq üçün müsəllaya çıxanlar, aşura günü baş yaranlarla bağlı məqalə və felyetonlar dərc edilirdi.
Üzeyir Hacıbəyov 1910-cu illərdən etibarən səhnələşdirilmiş "O olmasın, bu olsun" adlı musiqili komediyasında dövrün ailə-məişət mövhumatlarını lağa qoyurdu. O dövrün qaydalarına görə, qız uşağı atasının tələbləri ilə razılaşaraq yaşlı bir kişiylə evlənməli olur, ərinin istəyi ilə qapalı qalmağa vadar edilir və əgər narazılıq etsə, döyülürdü. "O olmasın, bu olsun" komediyası da məhz bu məsələ ilə bağlı olaraq, qadın hüquqlarını müdafiə edirdi.
Sovet dövrü Azərbaycanda sovet hakimiyyətinin ilk illərində Azərbaycan mənəviyyatının vacib bir qaynağı olan dinə qarşı dövlət təbliğatı gedirdi. Bu dövrdə din əleyhinə tərbiyə, beynəlmiləl tərbiyə vacib rol oynayırdı. Sovet dövründə şəriət məhkəmələri ləğv edilsə də, dini və milli bayramlara bir müddət icazə verilmişdir. 1930-cu illərdən etibarən Novruz bayramının rəsmi qeyd edilməsi dayandırılmış, 1937-ci ildə SSRİ Konstitusiyasının qəbulu ilə dini və milli bayramlar ləğv edilmişdir. Sovet dövründə məscidlərə getməyə qadağa qoyulmuş, pirlərin və digər müqəddəs yerlərin ziyarətinə isə göy yumulmuşdur.
Azərbaycanda müxtəlif müəssisələrdə qadınların çadralarını atmasına, çadranın qadağan edilməsinə Xalq Maarif Komissarlığı (XMK) kollegiyasının 24 noyabr 1928-ci il tarixli qərarı ilə, həmçinin 3 dekabr 1929-cu ildə çadranın ləğv edilməsi haqqında Azərbaycan SSR MİK-nın təşkilat şöbəsinin Azərbaycanın bütün zəhmətkeşlərinə müraciəti ilə nail olunmuşdur. Bu dövrdə XMK mədəni müəssisələrdə işləyən kişilərin geydiyi papaqa da qadağa qoymuş, onun yerinə Avropa baş geyimləri (şapka, furaşka, şlyapa) təklif edilmişdir. Cəfər Cabbarlı qadının çadrasını atması ilə bağlı "Sevil" pyesini yazmış, Fikrət Əmirov da bu pyes əsasında eyniadlı operanı yazmışdır. "Sevil" obrazını səciyyələndirən yazıçı Elçin Əfəndiyev qeyd edir ki, "Sevil azərbaycanlı qadındır, məişəti, əxlaqı, dünyagörüşü etibarilə milli xarakterikdir, onun çadranı atması və həmin çadranın təcəssüm etdiyi ətalət və itaət dünyasına qarşı üsyanı bu bədii surətin milli özünüifadəsidir və məhz bu milli özünüifadə, xarakterin milliliyi onun arzu və istəyini ümumiləşdirir, konkret bir fərdin yox, konkret bir milli mənsubiyyətli insanın yox, bəşəri mahiyyətli qadının azadlıq mübarizəsindən xəbər verir."
Sovet dövründə ailə hüququ ilə bağlı müxtəlif dəyişikliklər edilmişdir. Azərbaycan SSR-də çoxarvadlılıq, qadınların nikah məqsədilə qaçırılması, azyaşlıların nikahı və nişanlanması, qadınların öz hüquqlarını qorumaq üçün mübarizə aparması zamanı qətlə yetirilməsi sosial təhlükəli cinayətlər hesab edilmişdir. Alınan digər bir qərar isə Şərq musiqisinin və tarın konservatoriyada tədrisinin dayandırılması idi. Əfrasiyab Bədəlbəyli tara qarşı aparılan təbliğatla bağlı "Tar üzərinə mühakimə münasibətilə" məqaləsini yazmış, burada tarın mənşəyini İranla yox, Qədim Misirin nabla instrumenti ilə əlaqələndirmiş, Mirzə Sadığın tarı azərbaycanlılaşdırdığını bildirmişdir.
Üçüncü respublika və azərbaycançılıq SSRİ-nin dağılması nəticəsində qlobal dəyərlər keçmiş sovet ölkələrinin, o cümlədən Azərbaycanın dəyərlərinə təsir etməyə başlamışdır. Müasir dövrdə Azərbaycanda dəyərlərə münasibətlə bağlı üç istiqamət müşahidə edilir: qərbləşmə, islami dəyərlərə qayıdış və Azərbaycan milli-mənəvi dəyərlərinin arxaik şəkildə qorunması.