Akif Alış oğlu Məmmədov () — azərbaycanlı həkim, tibb elmləri doktoru (1968), professor (1970).

Həyatı 1928-ci ildə Şuşa şəhərində anadan olmuş və Azərbaycan Dövlət Tibb İnistitutunun müalicə-profilaktika fakültəsini 1952-ci ildə bitirmişdir. Əmək fəaliyyətinə elə məzun olduğu il Xəzər Dəniz Hərbi Donanmasında həkim kimi başlamışdır. 1954–1964-cü illərdə Azərbaycan Virusologiya, Mikrobiologiya və Gigiyena İnistitutunda elmi işçi kimi çalışmış, 1964-cü ildən 1969-cu ilə kimi virusların biokimyası laboratoriyasının müdiri olmuşdur. Tibb elmləri namizədliyi üzrə dissertasiya işini 1963-cü ildə Professor Luryenin rəhbərliyində bioloji kimya üzrə tamamlamışdır. 1967-ci ildə tibb elmləri üzrə doktorluq dərəcəsini virusologiya üzrə etmişdir. Elmi rəhbəri Moskvada yerləşən Bax adına Bioloji Kimya İnistitutundan professor Gostev olmuşdur. 1969-cu ildən 1973-cü ilə qədər Azərbaycan Dövlət Tibb İnistitutunun bioloji kimya kafedrasının müdiri vəzifəsində çalışmışdır. 1973–1975-ci illərdə Azərbaycan Parazitologiya və Epidemologiya İnstitutunun şöbə müdiri, 1975–1985-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda bioloji kimya kafedrasının müdiri vəzifələrində çalışmışdır. 1970-ci ildə Akif Məmmədova Moskvada yerləşən Ali Attestasiya Komitəsi tərəfindən bioloji kimya üzrə professor adı verilmişdir. Onun rəhbərliyi altında 16 elmlər namizədi hazırlanmışdır. 90-dan çox elmi əsərin müəllifi və 1985-ci ildə çap edilmiş "Biloji Kimya" dərsliyinin tərtibçisi olmuşdur.Şuşa qəzeti, Şuşalı alimlər, 31 dekabr 2014-cü il

Mükafatları "Əmək Veteranı" medalı "Sovet Səhiyyəsinin Əlaçısı" medalı

İstinadlar

Kateqoriya:Azərbaycan həkimləri