Kotanarx — Azərbaycan Respublikasının Ağdaş rayonunun Nehrəxəlil kənd inzibati ərazi dairəsində kənd.

Coğrafiyası və tarixi Türyan çayının sahilində, Şirvan düzündədir. XVIII əsrə aid mənbədə kəndin adı çəkilir. Tədqiqatçıların ehtimalına görə, oykonim qədim arxçəkmə usulunun adı ilə bağlıdır. Belə ki, keçmişdə torpağı bərk olan yerlərdə arx çəkmək üçün əvvəlcə kotanla dərin Şırımlar açılır, sonra onun içərisinin torpağı çıxarılaraq daha da dərinləşdirilirdi. Belə arxlara adətən kotan-arxı deyilirdi. Yaşayış məntəqəsi kotan arxının dalında salındığına görə belə adlandırılmışdır. Yevlax rayonunun Hürüuşağı kəndində də Kotanarx hidronimi qeydə alınmışdır, lakin istər Azərbaycan, istərsə də türkdilli xalqların toponimiyasında kotan komponentli toponimlərin geniş arealı göstərir ki, bu coğrafi adlar etnotoponimdir. Babək rayonunun Nəzərabad kəndində yaşayan kotannı tayfasının qeydə alınması da bunu subut edir."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.

Təhsil Kənddə tam orta ümumtəhsil məktəbi fəaliyyət göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2026-cı il tarixli Qərarı ilə məktəbə Azərbaycanın Xalq şairi Fikrət Qocanın adı verilmişdir.Ağdaş rayonu Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Xalq şairi Fikrət Qocanın adının verilməsi haqqında Qərar

İstinadlar

Kateqoriya:Ağdaş rayonunun kəndləri