Ankara Medipol Universiteti — Türkiyə təhsil, sağlamlıq, elm və araşdırma vəqfi tərəfindən 2018-ci ildə Ankarada qurulan vəqf universiteti.https://web.archive.org/web/20210123051707/https://ankaramedipol.edu.tr/universite/rektorluk/
2021–22-ci tədris ilində 1577 tələbə hazırlığa, 2974 bakalavr, 55 aspirant və 20 doktorant olmaqla ümumilikdə 4626 tələbə universitetə qəbul olunub. 2022-ci ilə kimi universitetdə 23 professor, 14 dosent, 144 doktor, 72 müəllim və 33 elmi işçi olmaqla cəmi 286 akademik heyət çalışırdı.
İxtisasları
Fakültələri Stomatologiya fakültəsi Əczaçılıq fakültəsi Təsviri İncəsənət, Dizayn və Memarlıq Fakültəsi Hüquq fakültəsi İqtisadiyyat, İnzibati və Sosial Elmlər fakültəsi Rabitə fakültəsi Sağlamlıq elmləri fakültəsi Mühəndislik və Təbiət elmləri fakültəsi Siyasi elmlər fakültəsi Tibb fakültəsi
Kollecləri Ədliyyə Peşə kolleci Sağlamlıq Xidmətləri Peşə kolleci
İnstitutları Səhiyyə Elmləri İnstitutu Sosial Elmlər İnstitutu
İstinadlar
Həmçinin bax İstanbul Medipol Universiteti
Kateqoriya:Ankara universitetləri