Roald Zinnuroviç Saqdeyev (, ; ) — sovet və ABŞ fiziki. Rusiya Elmlər Akademiyasının həqiqi üzvü (SSRİ EA-nın üzvü, 1968-dən). 1973–1988-ci illərdə Rusiya EA-nın Kosmik tədqiqatlar institutunun direktoru. SSRİ Ali Sovetinin deputatı (1987–1989), SSRİ xalq deputatı (1989–1991). Sosialist Əməyi Qəhrəmanı (1986).

Həyatı Tatar ailəsində dünyaya gəlib. 4 yaşı olarkən ailəsi ilə Kazana köçür. Burada o, 19 nömrəli orta məktəbi gümüş medalla bitirmiş, ardınca 1950-ci ildə Moskva Dövlət Universitetinə qəbul olunaraq oranın Fizika fakültəsini bitirmişdir.. Burada ona dərs deyən Lev Landau özünün laboratoriya müdiri olduğu Elmlər Akademiyasının Fizika İnstitutunda Saqdeyevi işə götürmək istəsə də, universiteti bitirdikdən sonra onun təyinatını Çelyabinskə verirlər, lakin Landau və Sergey Kapitsanın sayəsində İqor Kurçatov Saqdeyevi Atom Enerjisi İnstitutuna işə götürür. Saqdeyev, həmçinin Nüvə Fizikası İnstitutunun Sibir bölməsində işləyirdi. Elmlər Akademiyasının Fizika İnstitutunda dissertasiya müdafiə etmişdir. 36 yaşında SSRİ EA-nın akademiki seçilmişdir. Dissidentlərə qarşı proseslərdə vətəndaş azadlıqlarının pozulmasına dair Sovet rəhbərliyinə ünvanlanan məktubları imzaladığına görə təzyiqlərə məruz qalmışdır.

Ailəsi Atası — Zinnur Zahiroviç Saqdeyev (1906–1994), partiya işçisi, 1950–60-cı illərdə Tatarstan MSSR Nazirlər Sovetinin sədr müavini Anası — Fəxriyə Karimovna Saqdeyeva (İdrisova) (1914–2000), riyaziyyat müəllimi Qardaşı — Renad Saqdeyev (d. 1941), sovet və Rusiya kimyaçısı, REA-nın rəyasət heyətinin üzvü və akademiki Qardaşı — Robert (1939–2009), Kazan Maliyyə-İqtisad İnstitutunda müəllim Qardaşı — Rustem Birinci həyat yoldaşı — Tema Davidovna Frank-Kamenetskaya (d. 1932), fizik David Frank-Kamenetskinin qızı, fizik Albert və Maksim Frank-Kamenetskilərin bacısı Uşaqları — Anna və İqor 1980-ci illərdin sonunda, ABŞ-də ezamiyyətdə olarkən, ikinci həyat yoldaşı Syuzen Eyzenhauerlə (prezident Duayt Eyzenhauerin nəvəsi) tanış olur. 1990-cı ildə onlar evlənir, 2007-ci ildə isə boşanırlar.

Mükafatları Sosialist Əməyi Qəhrəmanı (1986) Lenin mükafatı laureatı (1984) — plazma fizikası sahəsindəki işlərinə görə İki Lenin ordeni, Oktyabr İnqilabı və Qırmızı Əmək Nişanı ordenləri ilə təltif olunub Dostluq ordeni (18 dekabr 2012, Azərbaycan) — Azərbaycan Respublikasının beynəlxalq elmi əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə "İlin adamı" (Fransa, 1988) Teyt medalı (Amerika Fizika İnstitutu, 1992) Ettore Mayoran mükafatı (İtaliya, 1993) Leo Silard mükafatı (Amerika Fizika Cəmiyyəti, 1995) (Amerika Fizika Cəmiyyəti, 2001) (Amerika Astronavtika Cəmiyyəti, 2003) "Tatarstan Respublikası qarşısında xidmətlərinə görə" ordeni, 2013 Tatarstan Respublikası Elmlər Akdemiyasının "Elmdəki nailiyyətlərə görə" qızıl medalı (2013). Georgi Qamov mükafatı, 2016

İctimai mövqeyi 2022-ci ilin fevralında rusiyalı alim və elmi jurnalistlərin Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləyən və rus qoşunlarının Ukrayna ərazisindən çıxarılmasına səsləyən açıq məktubunu imzalayanlardan biri olmuşdur..

Elmi məqalələri və kitabları Р. З. Сагдеев в журнале УФН Albert Abubakiroviç Qaleyev, R. Z. Saqdeyev. Qeyri-xətti plazma nəzəriyyəsi, məcmuə: Plazma nəzəriyyəsi məsələləri, bur. 7, M.: 1973 Lev Andreyeviç Artsimoviç, R. Z. Saqdeyev. Fiziklər üçün plazma fizikası. — M.: Atomizdat, 1979 Georgi Moiseyeviç Zaslavski, R. Z. Saqdeyev. Qeyri-xətti fizikaya giriş: kəfkirdən turbulentliyə və xaosa doğru. — M., Nauka, 1988. — 368 səh.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Новосибирская Книга Памяти. Роальд Зиннурович Сагдеев

Kateqoriya:SSRİ fizikləri Kateqoriya:ABŞ fizikləri Kateqoriya:Azərbaycan fizikləri Kateqoriya:ABŞ Milli Elmlər Akademiyasının üzvləri Kateqoriya:İsveç Kral Elmlər Akademiyasının üzvləri Kateqoriya:Papa Elmlər Akademiyasının üzvləri Kateqoriya:SSRİ Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ xalq deputatları