right|thumb|300x300px|İranda aşıqlar qəhvəsi.

Aşıqlar qəhvəsi — Azərbaycan şəhərlərində aşıqların türkcə hekayə söylədiyi qəhvəxana.

İran Azərbaycanının şəhər, qəsəbə və kəndlərində aşıqlar qəhvəxanalarda tamaşaçıları əyləndirirdilər. İlhan Başgözün dediyinə görə, 1960-cı illərin sonlarında aşıq ifasına həsr olunmuş qəhvəxanalar böyük şəhər mərkəzlərində yerləşirdi və onların müştəriləri kəndlilərdən və ya iş üçün şəhərə gələn qəbilələrdən ibarət idi. Bu qəhvəxanalar arasında ən məşhuru Təbrizdə yerləşən "Hüseyn Tirandaz qəhvəsi" idi. 1970-ci illərin əvvəllərindən bəri solçu ziyalılar bu xüsusi qəhvəxanaya tez-tez gəlmiş və 1970-ci illərin ortalarında onu tələbə hərəkatının mərkəzinə çevirmişdilər.

İran inqilabından sonra on il ərzində bütün aşıq musiqisi qadağan edilmişdir. 2010-cu illərin ortalarından aşıq qəhvələri yenidən inkişaf edir və turistlərin cəlbedici yerləri kimi təbliğ olunur

İstinadlar

Kateqoriya:Azərbaycan musiqisi Kateqoriya:Aşıq ədəbiyyatı Kateqoriya:Cənubi Azərbaycan mədəniyyəti Kateqoriya:Türkiyə musiqisi