Hicaz və Nəcd krallığı (, ), ilk növbədə Hicaz krallığı və Nəcd sultanlığı (, ) — Ərəbistan yarımadasında Hicaz krallığının 1920-ci illərdə Nəcd tərəfindən fəth edilməsindən sonra yaranmış dövlət. 8 yanvar 1926-cı ildə Nəcd sultanı Əbdüləziz ibn Səud Məkkədə Məscidül-Həramda Hicaz kralı taxtına oturmuşdu. 29 yanvar 1927-ci ildə o, həm də "Nəcd kralı" (keçmiş "sultan" əvəzinə) titulu almışdır. 20 may 1927-ci ildə Ciddədə imzalanan müqaviləyə əsasən Əbdüləzizin dövləti Britaniya tərəfindən tanınaraq "Hicaz və Nəcd krallığı" adını almışdır.Joseph Kostiner. The Making of Saudi Arabia, 1916—1936: From Chieftaincy to Monarchical State (Oxford University Press US, 1993). ISBN 0-19-507440-8. p. 104.

23 sentyabr 1932-ci ildə Nəcd, Hicaz, Əl-Əhsa və Qətif bölgələri Səudiyyə Ərəbistanı adlanan yeni vahid krallıqda birləşdirilmişdir.

İstinadlar

Xarici keçidlər Statoids - Regions of Saudi Arabia World Statesmen - Saudi Arabia

Kateqoriya:Səudiyyə Ərəbistanı tarixi Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:Tarixi krallıqlar Kateqoriya:Hicaz tarixi Kateqoriya:Nəcd tarixi