Dialekt kontinuumu ( – yüyürüşmə) — dilçilikdə individual dialektlər arasında minimal fərqlərlə müəyyən ərazidə fasiləsiz məkan ardıcıllığı təşkil edən dialektlər toplusu mənasında işlənən termin. Kontinuum problemi müqayisəli-tarixi dilçilikdə mühüm yer tutur. Köhnə ədəbiyyatda istifadə olunan terminlərə dialekt sahəsi (Leonard Blumfild) və L-kompleks (Çarlz F. Hokett) daxildir.

İstinadlar

Kateqoriya:Dialektologiya Kateqoriya:Müqayisəli-tarixi dilçilik Kateqoriya:Linqvistik coğrafiya