Azərbaycanda mövcud olmuş siyasi partiyaların siyahısı — Azərbaycanda fəaliyyət göstərmiş rəsmi dövlət qeydiyyatlı partiyaların siyahısı.

Azərbaycanda siyasi partiyaların tarixi 1900-cü illərdən başlayır. O dövrdə Rusiya İmperiyasının Dövlət Duması yaradıldı və bu dumaya seçkilər təyin olundu. Bu proseslər siyasi partiyaların yaranmasına təkan verdi.

Çar Rusiyasının süqutu və Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə Azərbaycanın ali qanunverici orqanı-Azərbaycan parlamentinin fəaliyyətə başlaması siyasi partiyaların fəaliyyətinə təkan verdi. thumb|Azərbaycan Kommunist Partiyasının XXX qurultayı. 1920-ci ilin 28 aprelində Azərbaycan Xalq Cümhuriyyəti 11-ci Qırmızı Ordu tərəfindən işğal edildi və bütün partiyaların fəaliyyətinə son qoyuldu. SSRİ dönəmində leqal olaraq tək fəaliyyət göstərən partiya Azərbaycan Kommunist Partiyası oldu.

1980-ci illərin sonundan etibarən xalq Kommunist Partiyasına və ümumiliksə hökumətə qarşı etiraz aksiyalarına başladı. Aksiyalarda etiraz əlaməti olaraq vətəndaşlar Azərbaycan Kommunist Partiyasının biletlərini cırırdılar və 1991-ci ilin sentyabr ayında partiya bütün strukturlarını buraxaraq ləğv olunduğunu elan etdi.

SSRİ dönəmində qeyri qanuni şəkildə fəaliyyət göstərən bir neçə siyasi partiya və ya ictimai təşkilatlar da olmuşdur. Bu təşkilatlar Rafiq Turabxanoğlu liderliyində 1960-cı illərdə yaradılan Azərbaycan Xalq Demokratik Partiyası, Azər Qasımzadə liderliyində 1989-cu ildə yaradılan Azərbaycan Dirçəliş Partiyası və 1990-cı idə Azərbaycan Xalq Partiyası ilə birləşməsindən yaranan Azərbaycan Xalq Dirçəliş Partiyası, Əbülfəz Elçibəy liderliyində 1989-cu ildə yaradılan Azərbaycan Xalq Cəbhəsi, Araz Əlizadə liderliyində 1989-cu ildə yaradılan Azərbaycan Sosial Demokrat Partiyası, 1990-cı ildə Rauf Arifoğlu və bir qrup şəxs tərəfindən yaradılan və Müsavat Partiyasının bərpasından öncə fəaliyyət göstərən Azərbaycan Milli Demokrat "Yeni Müsavat" Partiyası, Birlik Partiyası və Fəzail Ağamalı liderliyində 1990-cı ildə yaradılan Ana Vətən Partiyası olmuşdur.

Azərbaycan müstəqillik əldə etdikdən (18 oktyavbr 1991-ci il) sonra 66 siyasi partiya qeydiyyata alınıb. 1993-cü ildə həmin partiyalardan ikisi məhkəmə qərarı ilə ləğv edilib.

2021-ci ildə 6 partiya hakim Yeni Azərbaycan Partiyasına qoşulduğunu bildirib və qeydiyyata alınmış partiyaların sayı 58 olub.

2023-cü ildə “Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildikdən sonra həmin 58 partiyadan 31-i ləğv barədə ərizə ilə Ədliyyə Nazirliyinə müraciət edib. Qalan 27 partiya yenidən qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciət edib.

"Siyasi partiyalar haqqında" qanun 2022-ci ildə "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulu üçün layihə üzərində iş başlanıldı. 26 iyul 2022-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi siyasi partiyaların parlamentə qanun layihəsi hazırlanması ilə bağlı müraciətlər etdiyini, bu səbəbdən dövlət qeydiyyatında olan siyasi partiyalardan parlamentə təkliflərini təqdim etməsini ehtiva edən elanını nəşr etmişdir.

Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Vəhdət Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Demokratik İslahatlar Partiyası, Vətəndaş Birliyi Partiyası, Milli Cəbhə Partiyası, Respublikaçı Alternativ Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Ədalət Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Milli Vəhdət Partiyası, Aydınlar Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Cümhuriyyət Xalq Partiyası, Müstəqil Xalq Partiyası, Milli Həmrəylik Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Təkamül Partiyası, Milli Demokrat İdrak Partiyası, Gələcək Azərbaycan Partiyası, Haqq Ədalət Partiyası, Azərbaycan Yüksəliş Partiyası 15 avqusta olan məlumata görə öz layihələrini parlamentə təqdim etmişdir. 6 sentyabra olan məlumata əsasən isə Yeni Azərbaycan Partiyası, Azərbaycan Xalq Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Ağ Partiya, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası, Yeni Zaman Partiyası, Birlik Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Milli Konqres Partiyası da öz təkliflərini parlamentə təqdim etmişdir. 7 sentyabr 2022-ci ildə 39 siyasi partiyanın yeni qanun layihəsi ilə bağlı təklifləri də nəzərə alaraq, 20-dən artıq ölkənin bu sahədə təcrübəsi və Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələri də nəzərdən keçirilərək tərtib olunan qanun layihəsinin ilkin versiyası parlamentin rəsmi veb saytına yerləşdirildi. 28 sentyabrda isə layihəylə bağlı ilk ictimai dinləmə keçirilməsi nəzərdə tutulsa da,"Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin ilkin variantı ilə bağlı ictimai dinləmə keçiriləcək yeni təkliflərin daxil olması və Sosial Tədqiqatlar Mərkəzi tərəfindən sorğu keçirilməsi səbəbi ilə bu təxirə salınmışdır. Müxalifət bu qanun layihəsindəki yeni müddəalara etiraz etmişdir. Belə ki, yeni layihədə siyasi partiyaların qeydiyyata alınması üçün tələb edilən minimum üzvlərin sayının 10 minə qaldırılması, üzvlərinin sayı 4 500-dən aşağı olarsa, bu, partiyanın qeydiyyatının ləğvinə səbəb ola biləcəyi, 2 dəfə ardıcıl olaraq, parlament, prezident və ya bələdiyyə seçkilərində iştirak etməyən partiyaların dövlət qeydiyyatının ləğv ediləcəyi, siyasi partiya yaradılarkən ən azı 200 təsisçisi olması, siyasi partiya yaratmaq istəyən şəxsin son 20 ildə Azərbaycanda daimi yaşamalı olması, yığıncaq zamanı əldə olunan nəticələr protokolla rəsmiləşdirildikdən sonra səlahiyyətli şəxs ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət edərək həmin sənədləri 30 gün müddətinə təqdim ediləcəyi, dövlət qurumu da 30 gün müddətinə həmin partiyanın tələblərə uyğunluğunu yoxlayacağı, nəzərdə tutulmuş məlumat müvafiq dövlət qurumuna daxil olduğu tarixdən 90 gün müddətində siyasi partiyanın səlahiyyətli şəxsi üzvlərin sayının təmin edilməsi üçün tədbirlər görür və onların reyestrini tərtib edəcəyi, siyasi partiya üzvlərinin reyestrini adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə aparılacağı, dövlət qurumu elektron informasiya ehtiyatlarından istifadə etməklə siyasi partiya üzvlərinin reyestrində olan məlumatlarını ildə azı iki dəfə nəzərdən keçirəcəcəyi, siyasi partiya da üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə 2 dəfə (yanvar ayının 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat təqdim edəcəyi haqqında müddəalar ehtiva etmişdir. Yeni qanun qəbul edilənədək dövlət qeydiyyatına alınmış siyasi partiya bu qanunun qüvvəyə mindiyi tarixdən etibarən 90 gün müddətində üzvlərinin sayının 5 minə çatdırılması üçün tədbirlər görməlidir. Daha sonra parlamentdə 24 oktyabr və 4 noyabrda ictimai dinləmələr keçirilmişdir. Yekunda layihəyə düzəlişlər edilmiş və 21 noyabr tarixində yeni versiyası parlamentin rəsmi veb-saytında dərc olunmuşdur. Bu layihədə əvvəlki redaksiyaya 66 düzəliş edilmiş, partiyaların yaradılması üçün üzv tələbinin 10 mindən 5 min nəfərə endirilmiş, seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəalar layihədən çıxarılmış, partiyanın yaradılması üçün gərəkli təsisçi sayısı 200-dən 50-yə endirilmiş, siyasi partiya yaratmaq istəyən şəxsin son 20 ildə Azərbaycanda daimi yaşamalı olması tələbi çıxarılmış, partiya reyestrlərinin yoxlanması üçün ildə iki dəfə olan məlumatlandırma ildə 1 dəfəyə endirilmiş, mövcud partiyaların yeni qanuna uyğunlaşması üçün verilən vaxt 90 gündən 180 günə artırılmışdır."Siyasi partiyalar haqqında" yeni qanun layihəsi komitələrin birgə iclasında müzakirə olunub Noyabrın 23-də Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Müsavat Partiyasının sədri Arif Hacılı layihənin hər iki versiyasını "mürtəce", mövcud qanunu isə "daha pozitiv" adlandırmışdır. Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Seymur Həzi isə qanun layihəsini "siyasə fəaliyyəti linç edən" layihə adlandırmışdır. Respublikaçı Alternativ Partiyası Siyasi Komitəsinin sədri İlqar Məmmədov isə layihənin prinsip etibarilə dəyişmədiyini açıqlamışdır. Həmçinin, REAL Partiyası Venesiya Komissiyasına layihə ilə bağlı məktub göndərmiş, məktuba 24 noyabr 2022-ci ildə cavab gəlmişdir. Cavabda Azərbaycan hökumətinin ictimaiyyətə verdiyi məlumatın əksinə, hökumətin Venesiya Komissiyası ilə məsləhətləşmə aparmadığı qeyd olunmuşdur. Parlamentin 26 noyabr 2022-ci il tarixli iclasında qanun layihəsi birinci oxunuşda 95 lehinə, 1 bitərəf səslə keçmişdir. Bitərəf səs verən deputat Erkin Qədirli olmuş, o daha sonra qanun layihəsinin əleyhinə olduğunu, komitə iclasında da əleyhinə səs verdiyini, lakin plenar iclasda yanlışlıqla bitərəf düyməsinə basdığını, bu səbəbdən də protokola səsinin "əleyhinə" olaraq qeyd olunmasını xahiş etmişdir. Parlamentin 6 dekabr 2022-ci il tarixli iclasında qanun layihəsi ikinci oxunuşda qəbul olunmuşdur. AXCP isə 12 dekabrda bəyanat yayaraq xalqı və beynəlxalq birliyi yeni qanuna etiraz etməyə səsləmişdir. 11 yanvar 2023-cü ildə prezident İlham Əliyev qanunu imzalamışdır.

Tarixi partiyalar