Sadri Alışık ; ) — türk teatr aktyoru, kino aktyoru və komediya aktyoru.

1964-cü ildən etibarən Turist Ömər və Ofsayt Osman obrazları ilə tanınıb. O, həyatı boyu 200-dən çox filmdə rol alıb.

Həyatı 5 aprel 1925-ci ildə İstanbul, Paşabahçe, Beykozda anadan olub. Anası Saffet Xanım, atası isə Kapitan Rafet bəydir. Uşaqlıq illərində teatra maraq göstərib. Məktəb tamaşalarında rol alıb. O, ilk dəfə 1939-cu ildə Eminönü İcma Mərkəzində həvəskar kimi səhnəyə çıxıb. Beykoz Orta Məktəbini (indiki Ziya Ünsel İbtidai məktəbi), sonra İstanbul Oğlan Liseyini bitirib.

Sadri Alışık 1964-cü ildən etibarən Turist Ömər və Ofsayt Osman obrazları ilə tanınıb. O, həyatı boyu 200-dən çox filmdə rol alıb. Alışıkın son filmi 1994-cü ildə Qızıl Portağal Mükafatını aldığı "Yengeç Sepeti" () filmi olub.

1995-ci il martın 18-də vəfat edib. O, Zəncirliquyu qəbiristanlığıında dəfn edilib. Türkiyədə Alışıkın adına özəl teatr və mədəniyyət mərkəzi fəaliyyət göstərir.

İstinadlar

Xarici keçidlər SinemaTürk Profili SinemaPark Profili{ Sadri Alışık (Filmden kesim) sinematik.blogspot.com (Gumusperde.com Online Sadri Alisik Filmleri) Sadri Alışık Filmlerinden Kesitler TSA´de Sadri Alışık

Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Türkiyə teatr aktyorları Kateqoriya:Türkiyə film aktyorları Kateqoriya:Türkiyə kişi film aktyorları