Hasan Mandal (; ) — Türk akademik və TÜBİTAK (Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası) prezidenti.

Həyatı və təhsili 1965-ci ildə Əskişəhərdə anadan olub. 1987-ci ildə ODTÜ-nün Metallurgiya mühəndisliyi fakültəsini bitirib, 1992-ci ildə Nyukasl Universitetində fəlsəfə doktoru dərəcəsi almışdır. 1994-cü ildə Anadolu Universiteti Keramika Mühəndisliyi bölməsində dosent vəzifəsində çalışmağa başlayıb, 1996-cı ildə dosent, 2001-ci ildə isə professor olmuşdur. 2002-ci ildə Anadolu Universiteti Keramika Mühəndisliyi Departamentinin adı Material Elmləri və Mühəndisliyi olaraq dəyişdirildikdən sonra akademik karyerasını 2002–2011-ci illərdə Anadolu Universiteti Material Elmləri və Mühəndisliyi Fakültəsində davam etdirmişdir. O, eyni zamanda 2004–2010-cu illərdə Anadolu Universiteti Mühəndislik və Memarlıq Fakültəsinin dekanı vəzifəsində çalışıb. 15 mart 2011-ci ildə Anadolu Universitetindən ayrıldı və Sabancı Universitetində Araşdırma və Məzun Siyasəti Direktoru, 2012–2015-ci illərdə isə Sabancı Universitetinin vitse-prezidenti vəzifələrində çalışıb. Onun Universitetlərarası Şura kvotasından YÖK üzvlüyünə seçilməsi 24 mart 2015-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənib və o, YÖK İdarə Heyətinin üzvü kimi fəaliyyətə başlamışdır.20 iyul 2016-cı ildə isə YÖK-ün müavini olub. 12 yanvar 2018-ci il tarixinədək YÖK-ün vitse-prezidenti vəzifəsində çalışıb, eyni tarixdən Sabancı Universitetinin rektor müavini və 22 fevral 2018-ci ildə TÜBİTAK-ın prezidenti vəzifəsinə təyin edilib.

Üzv olduğu qurumlar Dünya Keramika Akademiyasının (DAK) üzvü seçilib və DAK-ın yeganə türk üzvüdür.

İstinadlar

Xarici keçidlər TÜBİTAK-ın rəhbəri akademik İsa Həbibbəyliyə təşəkkür məktubu ünvanlayıb Selçuk Bayraktar Türkiyədə "TEKNOFEST"ə qatılan "RED X" komandasının üzvləri ilə görüşüb Ulakbim-Dərgi Park baza reyestrinə AMEA-nın jurnallarının daxil edilməsi məsələsi müzakirə olunub Kateqoriya:Türkiyə professorları Kateqoriya:Anadolu Universitetinin müəllimləri