Brest Uniyası (1596) — Reç Pospolitadakı, o cümlədən Ukrayna və Belarusdakı katolik və pravoslav kilsələrinin birləşdirilməsi. Brestdə keçirilən kilsə məclisində qəbul olunmuşdu. B.u.-na səbəb Polşa krallarının dövlət daxilində dini vəhdətin yaradılmasında marağı, həmçinin ali pravoslav ruhanilərinin öz imtiyazlarının möhkəmlətmək cəhd idi. B.u. kəndlilər, kazaklar və digər təbəqələr arasında etiraz doğurmuş, dövlət tərəfindən dəstəklənən uniatlarla pravoslavlar arasında münasibətləri xeyli gərginləşdirmişdi. B.u. rəsmən 1946 ildə Lvovda keçirilən kilsə məclisində ləğv edilmişdi.
Tarixi