Fuad Əliyev () — Azərbaycanı təmsil etmiş yunan-Roma güləşçisi.

Karyerası Fuad Əliyev 2006-cı ilin aprelində Rusiyada baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. Daha sonra o, iyunda Qızıl Qran-Pri beynəlxalq turnirini bürünc medalla başa vurdu.

2007-ci ildə Sofiya şəhərində (Bolqarıstan) baş tutan Avropa Çempionatını 12-ci, 2008-ci ilin aprelində Tampere şəhərində (Finlandiya) baş tutan Avropa Çempionatını isə 26-cı pillədə başa vuran Fuad Əliyev, iyununda baş tutan Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi oldu.

Fuad Əliyev 2009-cu ilin yanvarında Fransada Kristo Lutte Turnirini bürünc medalla, aprelində Litvada Avropa Çempionatını və Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirini isə beşinci pillələrdə başa vurdu.

2010-cu ildə Qızıl Qran-Pri beynəlxalq turnirinin bürünc medalına sahib olan Fuad Əliyev 27 yaşında idmanla vidalaşdı.

Nəticələri SıraİlYarışEv sahibiNəticə12006Avropa Çempionatı Rusiya3.2Qızıl Qran-Pri Azərbaycan3.32007Avropa Çempionatı Bolqarıstan12.42008Avropa Çempionatı Finlandiya26.5Qızıl Qran-Pri Azərbaycan1.62009Kristo Lutte Turniri Fransa3.7Avropa Çempionatı Litva5.8Qızıl Qran-Pri Azərbaycan5.92010Qızıl Qran-Pri Azərbaycan3.

İstinadlar

Kateqoriya:Azərbaycanın yunan-roma güləşçiləri Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri