Mirələm Mirələmov () — müğənni, xanəndə. Azərbaycan Dövlət Televiziyasının və Azərbaycan Muğam Mərkəzinin solistidir. 2011-ci ildə Muğam Televiziya Müsabiqəsində 1-ci yerin qalibi olub.

Həyatı Mirələm Mirələmov 4 noyabr 1988-ci ildə Şamaxı şəhərində anadan olub. 1996–2004-cü illərdə Şamaxı şəhərinin Məhəmməd Hadi adına 9 saylı orta məktəbində təhsil alıb. 2004-cü ildə 9-cu sinfi bitirərək mədəni marif texnikumuna daxil olub və iki ildən sonra Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən Asəf Zeynallı adına musiqi kollecinə daxil olub və Azərbaycan Respublikasının xalq artisti Zabit Nəbizadənin xanəndəlik sinfində təhsilini davam etdirib. Mirələm təhsilini 2008-ci ildə bitirir. 2012-ci ildə Azərbaycan Milli Konservatoriyasına, Professor Arif Babayevin sinfinə daxil olur. 2016-cı ildə Konservatoriyanın bakalavır pilləsini bitirib. Alim Qasımovdan dərs alıb.Mirələm Mirələmov

Fəaliyyəti 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında səfir qismində çıxış edib.slam Həmrəyliyi Oyunlarında səfir 2021-ci ildə "Xarıbülbül" musiqi festivalında çıxış edib. 2022-ci ildə Mərakeşin Fəs şəhərində Sufi Mədəniyyəti Festivalında çıxış edib. 2022-ci ildə Beynəlxalq Muğam Mərkəzinin (BMM) "Muğam axşamları" layihəsində çıxış edib. 2022-ci ildə Şəki "İpək Yolu" Beynəlxalq Musiqi Festivalında çıxış edib.Xanende_Mirelem_Mirelemov_Bele_festivallar_milli_musiqimizin_tebliginde_boyuk_rol_oynayir-2210198/ Xanəndə Mirələm Mirələmov: Belə festivallar milli musiqimizin təbliğində böyük rol oynayır.

Səfərləri Rumıniya İtaliya Avstriya Almaniya İsveçrə Mərakeş Özbəkistan Qırğızıstan ABŞ İngiltərə Avstraliya Yunanıstan GürcüstanBMM-in solistləri 15-ci Fəs Sufi Mədəniyyəti Festivalında iştirak edirlər

Mükafatları Muğam Televiziya Müsabiqəsində 1-ci yerin qalibi olub. 2013-cü ildə Respublika muğam müsabiqəsinin qalibi olub.Respublika muğam müsabiqəsinə yekun vuruldu 2013-cü ildə "Muğam aləmi" III Beynəlxalq Muğam Festivalının qalibi olub."Muğam aləmi" III Beynəlxalq Muğam Festivalı

İstinadlar

Kateqoriya:Muğam Televiziya Müsabiqəsinin qalibləri