Enriko Kavilya (; ) – İtaliya dövlət xadimi və İtaliya ordusunun zabiti. Rus-yapon müharibəsinə hərbi müşahidəçi qismində qatılmışdır.
Həyatı Enriko Kavilya 1862-ci ildə Savona əyalətinin Finale-Liqure kommunasında doğulmuşdur. Turin şəhərində yerləşən hərbi akademiyada təhsil almış, 1884-cü ildə artilleriyada hərbi xidmətə başlamışdır. Əvvəlcə 1888–1889-cu illərdə, daha sonra 1896–1897-ci illərdə Eritreyada hərbi xidmət göstərmişdir. 1903-cü ildə mayor rütbəsinə yüksəlmişdir.
1903-cü ildə Rus-yapon müharibəsini Yaponiya tərəfdən müşahidə etmək üçün Mancuriyaya göndərilmişdir. 1911-ci ilə qədər Şərqi Asiyada qalmış, Tokio və Pekində İtaliyanın hərbi ateşesi kimi fəaliyyət göstərmişdir. Asiya qitəsini at belində keçərək İtaliyaya qayıtmış və 1912-ci ildə Liviya hərəkatında döyüşmüşdür. Birinci Dünya müharibəsi zamanı 1915-ci ildə briqada, 1916-cı ildə diviziya, 1917-ci ildə korpus və 1918-ci ildə ordu komandanı olmuşdur. 1920-ci ildə qısa müddətliyinə müharibə naziri təyin olunmuşdur. 1920-ci ildə faşist Qabriele Dannunsionu Fiume şəhərində çıxarmışdır. 1926-cı ildə İtaliya marşalı rütbəsinə yüksəlmişdir.
Kavilya İtaliya kralı II Viktor Emanuelə sadiq qalmış, antifaşizmi dəstəkləmiş, İkinci dünya müharibəsi zamanı Benito Mussoliniyə qarşı hərbi çevrilişdə və İtaliyanın təslim olmasında iştirak etmişdir.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər İtalyan dilində qısa bioqrafiyası
Kateqoriya:Rus-yapon müharibəsi iştirakçıları Kateqoriya:İtaliya şəxsləri