thumb|Alman-slavyan dil baryeri(sərhədi) Germaniya Slavika (; mənası – "Slavyan Almaniyası") — 1950-ci illərdən bir tərəfdən Mərkəzi Avropada germanlar və slavyanların yaşadığı ərazilər arasında orta əsrlərdə mövcud olmuş dil sərhədi zonasını ifadə etmək üçün istifadə edilən tarixşünaslıq termini.Christian Lübke, Struktur und Wandel im Früh- und Hochmittelalter: eine Bestandsaufnahme aktueller Forschungen zur Germania Slavica, Franz Steiner Verlag, 1998, p.9,
Germaniya Slavika I minilliyin sonundan bəri birlikdə vendlər adlanan slavyan tayfalarının yaşadığı yerdir. Şərqi Avropada germanların məskunlaşması zamanı slavyanlar german ekspansiyasına məruz qalmışdılar. Onlar son orta əsrlərin bu dövründə çox böyük sosial dəyişikliklərə, eləcə də alman köçkünlərinin axınına məruz qalmışdılar.
İstinadlar
Kateqoriya:Almaniya orta əsrlərdə Kateqoriya:Polşa orta əsrlərdə Kateqoriya:Latın dilində sözlər və ifadələr Kateqoriya:Avropa tarixi