Əli Rəhimzadə () — Azərbaycanı təmsil edən sərbəst güləşçi.

Karyerası Əli Rəhimzadə 2016-cı ildə Belarusda A. Medvedin xatirəsinə həsr olunan beynəlxalq turnirdə 20-ci, Rumıniyada gənclər arasında Avropa Çempionatında 10-cu, Azərbaycan H. Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirində isə 5-ci pillələrin sahibi oldu.

2017-ci ildə Əli Rəhimzadə əvvəlcə Sombatxey şəhərində (Macarıstan) U23 Avropa Çempionatının bürünc, sonra isə Dortmund şəhərində (Almaniya) gənclər arasında Dünya Çempionatının qızıl medallarına sahib olan Əli Rəhimzadə Finlandiyada gənclər arasında Dünya Çempionatını 10-cu, Polşada U23 Dünya Çempionatını isə 12-ci pillədə başa vurdu.

2018-ci ildə Tbilisi şəhərində G. Kartozia — V. Balavadze Turnirində 18-ci pillənin, İstanbul şəhərində Yaşar Doğu Turnirində gümüş medalın, Saxa vilayətində D. Korin Turnirində isə 12-ci pillənin sahibi olan Əli Rəhimzadə noyabrda Rumıniyanın Buxarest şəhərində baş tutan U23 Dünya Çempionatının final görüşündə məğlub olaraq turniri gümüş medalla başa vurdu.

2019-cu ildə beynəlxalq turnirlərdə ciddi uğura imza ata bilməyən Əli Rəhimzadə Kirmanşah şəhərində Taxti Cup beynəlxalq turnirini 8-ci, İstanbul şəhərində Yaşar Doğu Turnirini isə 5-ci pillədə başa vurdu.

Əli Rəhimzadə 2020-ci ilin yanvarında İstanbul şəhərində Yaşar Doğu Turnirinin qalibi oldu. Fevralda isə Əli Rəhimzadə Avropa Çempionatlarında debüt etdi. İtaliyanın Roma şəhərində baş tutan turnirin bürünc medal uğrunda görüşündə Macarıstan nümayəndəsi İsmayıl Musuğayeva qalib gəldi və Avropa Çempionatının bürünc medalına sahib oldu.

Daha sonra Əli Rəhimzadə 2021-ci ilin fevralda Kiyev şəhərində beynəlxalq turnirin qalibi oldu. Apreldə isə Əli Rəhimzadə Avropa Çempionatında mübarizə apardı. Polşanın Varşava şəhərində baş tutan turnirin bürünc medal uğrunda görüşündə Andrey Svirida qalib gəldi və Avropa Çempionatının bürünc medalına sahib oldu. İlin növbəti turnirlərində isə Əli Rəhimzadə ciddi uğurlara imza ata bilmədi — Rusiyada Ə. Əliyev Turnirinini və Norveçdə Dünya Çempionatını 16-cı pillədə başa vurdu.

2022-ci ildə Əli Rəhimzadə cəmi bir beynəlxalq turnirdə mübarizə apardı. İyunda Roma şəhərində (İtaliya) baş tutan Matteo Pellicone Turnirinin bürünc medalına sahib oldu.

2023-cü ildə Əli Rəhimzadə əvvəlcə fevralda Zaqreb şəhərində (Xorvatiya) baş tutan Zagreb Open beynəlxalq turnirinin bürünc medalına sahib oldu. Apreldə isə Avropa Çempionatında mübarizə aparan Əli Rəhimzadə turniri beşinci pillədə başa vurdu.

Nəticələri SıraİlYarışEv sahibiNəticə12016A. Medved Turniri Belarus20.2Gənclərin Avropa Çempionatı Rumıniya10.3Qızıl Qran-Pri Azərbaycan5.42017U23 Avropa Çempionatı Macarıstan3.5Gənclərin Avropa Çempionatı Almaniya1.6Gənclərin Dünya Çempionatı Finlandiya10.7U23 Dünya Çempionatı Polşa12.82018G. Kartozia — V. Balavadze Turniri Gürcüstan18.9Yaşar Doğu Turniri Türkiyə2.10D. Korin Turniri Rusiya12.11U23 Dünya Çempionatı Rumıniya2.122019Taxti Cup İran8.13Yaşar Doğu Turniri Türkiyə5.142020Yaşar Doğu Turniri Türkiyə1.15Avropa Çempionatı İtaliya3.162021Kiyev Turniri Ukrayna1.17Avropa Çempionatı Polşa3.18Ə. Əliyev Turniri Rusiya16.19Dünya Çempionatı Norveç16.202022Matteo Pellicone Turniri İtaliya3.212023Zagreb Open Xorvatiya3.22Avropa Çempionatı Xorvatiya5.

İstinadlar

Kateqoriya:Azərbaycanın sərbəst güləşçiləri Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri