Əhməd İhsan Tokgöz (; ) — Türkiyə jurnalisti, tərcüməçisi, çapçısı, naşiri, siyasətçisi və idman idarəçisi.
Tokgöz Türkiyə mətbuatı tarixinin ən uzunömürlü jurnallarından biri olan "Sərvəti-fünun"un qurucusu olmuşdur. O, Jül Verni Türkiyədə tanıdan ilk yazıçı olmuş və buna görə də "Jül Vern mütərcimi" kimi məşhurlaşmışdır. Tokgöz Avropada çap texnologiyalarının Osmanlı imperiyasına gətirilməsinə və Türkiyədə çap fəaliyyətinin modernləşdirilməsinə öncülük etmişdir. O, Türkiyə Böyük Millət Məclisinin IV, V və VI çağırış Ordu vilayətindən millət vəkilidir.
Həyatı Əhməd İhsan Tokgöz 1868-ci ildə Ərzurumda anadan olmuşdur. O, əslən Kastamonun Daşkörpü qəzasındandır. Tokgözün atası Osmanlı imperiyasında dəftərdar və mühasib işləmiş Əhməd Xalid bəy idi. Onun atası Ərzurum, Priştina, Şkoder, Kastamonu, İstanbul, Dəməşq, Ankara və Bursada xəzinədar işlədiyi üçün uşaqlığı müxtəlif şəhərlərdə keçmişdir. Tokgöz Dəməşq Hərbi Rüşdiyyəsində ərəb və fransız dillərini öyrənməyə başlamışdır. O, daha sonra atası Ankarada xəzinədar təyin elanguagediyi üçün ailəsi ilə birlikdə Ankaraya köçmüşdür. Tokgöz atasının yaxın dostu və o vaxt Ankarada sürgündə olan Agah Əfəndidən dərs alaraq fransız dili biliyini təkmilləşdirmişdir. O, Agah Əfəndinin evində Jül Vernin romanları ilə tanış olmuşdur və bu, ona çox böyük təsir bağışlamışdır. Tokgöz orta təhsilini Dəməşq Hərbi Rüşdiyyəsində və Üsküdar liseyində bitirmişdir.
Tökgöz 1881-ci ildə Mülkiyyə məktəbinə daxil olmuşdur. O, bu məktəbdə ədəbiyyat müəllimi Rəcaizadə Mahmud Əkrəmin yenilik, inqilabçılıq, müasirlik və qərbləşmə ideyalarından təsirlənmişdir. Tökgöz məktəb illərində fransızcadan tərcümələr etmişdir. Onun ilk tərcüməsi Etyen Enol və Lui Judiminin "Vagabond" əsəri idi. Onu 1884-cü ildə Əsr Kitabxanasının sahibi Qrirqor Faiq Kaysəryan nəşr etdirmişdir. Tökgöz sonradan Jül Vernin əsərlərini tərcümə etməyə başlamış və məktəbdə "tərcüməçi İhsan" kimi tanınmışdır.
Siyasi fəaliyyəti Əhməd İhsan Tokgözoğlu Saraç Əbdürrəhman Ağa ailəsinin üzvü olduğu üçün Soyad Qanunu qüvvəyə mindikdən sonra "Tokgöz" soyadını mənimsəmişdir. O, 1931-ci, 1935-ci və 1939-cu il Türkiyə Ümumi Seçkilərində Cümhuriyyət Xalq Partiyasından millət vəkili namizədi olmuşdur. Tokgöz Türkiyə Böyük Millət Məclisinin IV, V və VI çağırış Ordu vilayətindən millət vəkili olmuşdur.
İstinadlar
Xarici keçidlər Ahmet İhsan Tokgöz ve "Servet-i Fünun" , İletişim Arkeolojisi, Bölüm VII, TRT 2, 2022.
Kateqoriya:Türkiyə jurnalistləri Kateqoriya:Türkiyə tərcüməçiləri Kateqoriya:Türkiyə siyasətçiləri Kateqoriya:Osmanlı yazıçıları