Ləgərqışlaq — Azərbaycan Respublikasının Qusar rayonunun Quxuroba kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qusar rayonunun Xuray kənd inzibati ərazi vahidi tərkibindəki Ləgərqışlaq kəndi Quxuroba kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir.

Toponimikası Kəndin ərazisi keçmişdə mövcud olmuş Ləgər kəndinə aid qışlaq yeri olmuşdur. Sonralar bu kənddən ayrılmış bir qrup ailənin qışlaq yerində məskunlaşması nəticəsində yaranmış yeni məntəqə Ləgər qışlaq adlandırılmışdır. Oykonim "Ləgər kəndinə məxsus qışlaq" mənasındadır. Tədqiqatçılar Ləgər komponentini "laklar" kimi izah edirlər.

Tarixi

Coğrafiyası və iqlimi Kənd Yan silsiləsinin ətəyində yerləşir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 575 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti

Həmçinin bax

Kateqoriya:Qusar rayonunun kəndləri