Anna Belyayeva (28 aprel 1987) — 2004–2010-cu illərdə Belarusu, 2011–2013-cü illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi.
Karyerası 2004–2010-cu illərdə Belarus yığmasının heyətində mübarizə aparan Anna Belyayeva 17 beynəlxalq turnirin cəmi dördündə medallara sahib oldu. 2006-cı ildə Austrian Ladies Open beynəlxalq turnirində gümüş medala, 2007-ci ildə gənclər arasında Dünya Çempionatında bürünc medala, 2010-cu ildə Almaniya Qran-Prisində isə qızıl medala sahib olan Anna Belyayevanın ən ciddi uğuru 2008-ci ilin aprelində Finlandiyanın Tampere şəhərində baş tutan Avropa Çempionatında bürünc medala sahib olmaq oldu. Digər turnirlərdə isə Anna Belyayeva medala sahib ola bilmədi.
2011-ci ildə Azərbaycan Güləş Federasiyası (AGF) Anna Belyayevanı Azərbaycan yığmasının heyətinə dəvət etdi. Nəticədə Anna Belyayeva həmin dəvəti qəbul etdi və 2011-ci ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə apardı.
Anna Belyayeva 2011-ci ilin iyununda Austrian Ladies Open beynəlxalq turnirinin bürünc medalına sahib oldu, iyulda isə Qızıl Qran-Pri beynəlxalq turnirini 12-ci pillədə başa vurdu.
2012-ci ilin aprelində isə Anna Belyayeva Çində baş tutan Dünya Olimpiya Təsnifat Turnirini üçüncü pillədə başa vurdu və olimpiya lisenziyasına sahib ola bilmədi. Sentyabrda Qızıl Qran-Pri beynəlxalq turnirini 7-ci, Dünya Çempionatını isə 8-ci pillədə başa vuran Anna Belyayeva, noyabrda Rusiyada baş tutan Moscow Lights beynəlxalq turnirinin gümüş medalına sahib oldu.
2013-cü il isə Anna Belyayeva üçün uğurlu mövsüm oldu. Fevralda Bolqarıstanda D. Kolov — N. Petrov beynəlxalq turnirinin, martda isə Belarusda A. Medved beynəlxalq turnirinin bürünc medallarına sahib olan Anna Belyayeva, 18–24 martda Gürcüstanın Tbilisi şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Turnirin 1/8 final mərhələsində İsveç nümayəndəsi Henna Yohanssona qalib gələn Anna Belyayeva, 1/4 final mərhələsində Latviya nümayəndəsi Anastasiya Grigoryevaya məğlub oldu. Təsəlliverici qrupda Yunanıstan nümayəndəsi Agoro Papavasileuouya, bürünc medal uğrunda görüşdə isə İspaniya nümayəndəsi İrene Qarsiya Qarridoya qalib gələn Anna Belyayeva Avropa Çempionatının bürünc medalına sahib oldu.
Həmin ilin iyununda Austrian Ladies Open beynəlxalq turnirinin qalibi olan Anna Belyayeva 26 yaşında idmanla vidalaşdı.
Nəticələri
SıraİlYarışEv sahibiNəticə Belarus12004Yeniyetmələrin Avropa Çempionatı Bolqarıstan8.22005Almaniya Qran-Prisi Almaniya12.3Gənclərin Dünya Çempionatı Litva14.42006Avropa Çempionatı Rusiya8.5Almaniya Qran-Prisi Almaniya16.6Austrian Ladies Open Avstriya2.7Gənclərin Avropa Çempionatı Macarıstan5.82007Gənclərin Avropa Çempionatı Serbiya5.9Gənclərin Dünya Çempionatı Çin3.10Dünya Çempionatı Azərbaycan8.112008Avropa Çempionatı Finlandiya3.12Almaniya Qran-Prisi Almaniya8.13Dünya Çempionatı Yaponiya5.142009Almaniya Qran-Prisi Almaniya6.15Dünya Çempionatı Danimarka18.
SıraİlYarışEv sahibiNəticə162010Avropa Çempionatı Azərbaycan5.17Almaniya Qran-Prisi Almaniya1. Azərbaycan182011Austrian Ladies Open Avstriya3.19Qızıl Qran-Pri Azərbaycan12.202012Kiyev beynəlxalq turniri Ukrayna18.21Dünya Olimpiya Təsnifat Turniri Çin3.22Qızıl Qran-Pri Azərbaycan7.23Dünya Çempionatı Kanada8.24Moscow Lights beynəlxalq turniri Rusiya2.252013D. Kolov — N. Petrov beynəlxalq turniri Bolqarıstan3.26A. Medved beynəlxalq turniri Belarus3.27Avropa Çempionatı Gürcüstan3.28Austrian Ladies Open Avstriya1.
İstinadlar
Kateqoriya:Belarusun qadın güləşçiləri Kateqoriya:Azərbaycanın qadın güləşçiləri Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın Belarusdan milliləşdirilən idmançıları