Melpomena Kurniçeva (, ) — Bolqar inqilabçısı - terrorçu, Daxili Makedoniya-Odrinsk inqilabi təşkilatı üzvü, Daxili Makedoniya-Odrinsk inqilabi təşkilatı rəhbəri Vançe Mixaylovun həyat yoldaşı. Mença ləqəbi ilə tanınır. Milliyyətcə arumın olmuşdur. Bioqrafiya Uşaqlıq və gənclik illəri Melpomena indiki Şimali Makedoniyanın Kruşevo şəhərində, Sofiyada biznesi olan arumın tacirin ailəsində anadan olub. Onun ana nəslindən olan ulu babası türklər tərəfindən öldürülən Kruşevli bolqar keşişi idiМихайлов, Иван. Спомени III. Освободителна борба 1924—1934, Льовен, 1967, стр. 175..

1918-ci ildə Melpomena Münhendə təhsil alıb və görkəmli bolqar-makedoniyalı inqilabçı, sosialist və terrorçu Todor Panitsa dərnəyinin üzvü olub. Lakin Birinci Dünya müharibəsi bitdikdən sonra Bolqarıstana qayıdır. O, Makedoniyanın azadlığı uğrunda qadın hərəkatının fəalı olmuşdur.

Panitsanı öldürmək Kominternlə sıx əlaqələri olduğundan Makedoniya hərəkatının sol qanadından məyus olan Mença Daxili Makedoniya-Odrinsk inqilabi təşkilatına qoşulur və təşkilatın rəhbərliyinə Vyanada sürgündə olan Panitsanı aradan götürməyi təklif edir.

Vyanaya gələn Kurniçeva qurbanının ailəsinin etibarına qazanır və 8 may 1925-ci ildə Panitsa Burqteatrda öldürülür.

Avstriya məhkəməsinin hökmü ilə Mença 8 il müddətinə azadlıqdan məhrum edilir, lakin ilin sonuna kimi Avstriya Ali Məhkəməsinin qərarı ilə səhhətinin pisləşməsi - vərəm və digər xəstəliklərə görə həbsdən azad edilir.

Şəxsi həyat 25 dekabr 1926-cı ildə Daxili Makedoniya-Odrinsk inqilabi təşkilatının rəhbəri Vançe Mixaylovla evlənir. Bəzi məlumatlara görə, Panitsanın öldürülməsi Mixaylov tərəfindən evlənmək üçün şərt idi. Mühacirət 1934-cü ildə əri ilə birlikdə Mença immiqrasiya etməli olur. Türkiyə, Polşa, Müstəqil Xorvatiya Dövləti, İspaniya və İtaliyada yaşayır. Sonda isə Romada xəstəlikdən dünyasını dəyişir.

İstinadlar

Mənbə Менча Кырничева — Зачем я убила Тодор Паница?

Kateqoriya:Bolqarıstan inqilabçıları Kateqoriya:Aromunlar