Kolxidalılar () və ya kolxlar — yunan-Roma müəllifləri tərəfindən qədim Kolxida sakinləri üçün istifadə edilən termin.The Cambridge Ancient History, John Anthony Crook, Elizabeth Rawson, p. 255 Qədim kolxidalılar müasir meqrel-lazlar kimi müəyyən edilir.The Making of the Georgian Nation, Ronald Grigor Suny, p. 13Readings in the History of the Ancient World, William Coffman McDermott, Wallace Everett Caldwell, p. 404 Eradan əvvəl VI–I əsrlərdə mövcud olmuş Kolxida çarlığı ilk erkən gürcü dövləti hesab olunur. Kolxidalı termini Qara dənizin qərb sahillərində məskunlaşmış erkən kartveldilli tayfalar üçün ümumi termin kimi istifadə edilmişdir.Antiquity 1994. Pp. 359Georgian Nation p. 13Modern Hatreds p. 91Cyril Toumanoff p 69One Europe p. 282bse.sci-lib.comModern Hatreds, Symbolic Politics of Ethnic War, Stuart J. Kaufman p. 91.

Yunan salnamələrinə görə, qədim zamanlarda Kolxida və Qafqaz İberiyasında gürcü dili danışılırdı. Qafqazşünas alim Kirill Tumanovun fikrinə görə, "Kolxida yeni gələnlərin birləşməsinə nail olan ilk Qafqaz dövləti kimi müşahidə edilir. Kolxidanı haqlı olaraq protogürcü yox, Qərbi Gürcüstan (meqrel-lazlar) çarlığı hesab etmək olar. Gürcüstan ictimai tarixinin başlanğıcını ən erkən gürcü formalaşması olan Kolxidada axtarmaq təbii görünür".CToumanoff. Cyril Toumanoff, Studies in Christian Caucasian History, p 69,84

İstinadlar

Kateqoriya:Avropanın qədim xalqları Kateqoriya:Qafqazda yaşayan etnik qruplar‎ Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:Qədim yunan mifologiyasında xalqlar