Deyan Saviçeviç () — Yuqoslaviyalı keçmiş futbolçu. Əsasən Hücumameyilli yarımüdafiəçi və vinger kimi çıxış edib.

Hal hazırda Monteneqro Futbol Federasiyasının prezdientidir.UEFA Magazine – Montenegro's new dawn by Aleksandar Bošković

Sviçeviç 1990-cı illərdə dünyanın ən yaxşı oyunçularından biri hesab olunurdu və bütün zamanların ən böyük Monteneqro və Yuqoslaviya futbolçularından biri kimi qəbul edilir. "Milan" klubunda oynadığı müddətdə İtaliya idman mətbuatı ona Il Genio (Dahi) ləqəbi vermişdi.

Karyerası Titoqrad dəmir yolu nəqliyyatı dövlət şirkətinin işçisi atası Vladimir Saviçeviç və eyni şirkətin inzibati işçisi olan anası Voyislava "Voyka" Dyuroviçin ailəsində anadan olub.

Deyan 15 yaşında, doğma şəhərinin "OFK Titograd" klubuna qoşulur. O, kluba qoşulduğu zaman demək olar ki, peşəkar futbol standartlarına görə kifayət qədər gec hesab olunurdu. Ancaq onun, Balkan ölkələrində "mali fudbal" kimi tanınan futzalda oyun təcrübəsi var idi. Belə ki, yeniyetmə olan Saviçeviç, yaşadığı məhəllədəki yaşayış binalarının bütün blokunun adını daşıyan "Tehnohemija" adlı kişilərdən ibarət futzal komandasında oynayırdı. Bu onun yüksək texniki bacarıqlara və dözumlu olmasına səbəb olmuşdu. O, "OFK Tigorod" klubuna qoşulduqdan sonraa bir müddət futzal oynamağa davam edir.

Saviçeviç 1983-ciu ildə Titoqradın "Buduçnost" klubuna qoşulur. 1984-cü ildə "Buduçnost"un əsas komandasında debüt edir. 1988-ci ildə Saviçeviç Yuqoslaviya Birinci Liqasının daha köklü klubu "Srvena Zvezda" klubuna keçirBio sam drzak, ali nikad ohol ;Vreme, 8 noyabr 2012 və "Srvena Zvezda" klubuyla 1990–91 Avropa Kubokunu qazanır. 1991-ci ildə, hər il Avropada çıxış edən ən yaxşı futbolçuya verilən "Qızıl Top" mükafatı üçun səsvermədə ikinci yeri tutur.

1992-ci ildə İtaliya çempionu "Milan" klubuna keçir. "Milan"ın heyətində birinci mövsümdə, Saviçeviç 10 oyunda meydana çıxır və 4 qol vurur. Növbəti mövsüm o, “Milan"ın əsas heyət oyunçusuna çevrilir və "Milan" ilə İtaliya A Seriyası çempionluğunu, UEFA Çempionlar Liqasını qazanır. Saviçeviçin Çempionlar Liqasının finalında "Barselona" klubunun qapısına 30 metrlik məsafədən vurduğu qoldan sonra, "Milan"ın prezidenti Berluskoni onu dahi adlandırır. Növbəti il “Milan” yenidən Çempionlar Liqasının finalına çıxır, lakin Saviçeviç, zədə səbəbindən meydana buraxılmır və “Milan” “Ayaks” klubuna 0:1 hesabı ilə məğlub olur. Deyan top komandalarla oyunda əla oyun göstərsə də, autsayder komandalara qarşı matçlarda adi yüksək səviyyəsindən nəzərəçarpacaq dərəcədə aşağı oynadığı üçün İtaliya mediası tərəfindən tez-tez tənqid olunur. Ümumilikdə, Saviçeviç "Milan" ilə 7 kubok, o cümlədən 3 Skudetto, 1 Çempionlar Liqası və 1 Avropa Super Kuboku qazanır.

1999-cu ildə yarım mövsümluk "Srvena Zvezda" klubuna qayıdır.

Daha sonra "Rapid" klubuna keçir və 2001-ci ildə burada karyerasını bitirir.

Milli komanda səviyyəsində o, 1990 və 1998 FIFA Dünya Kuboklarında Yuqoslaviya millisinin heyətində çıxış edib. 2001-ci ildən 2003-cü ilə qədər Serbiya və Monteneqro milli komandasının məşqçisi olub.

18 mövsüm davam edən məşhur peşəkar futbolçu karyerasından, eləcə də 2000-ci illərin əvvəllərində qısa və uğursuz baş məşqçilik fəaliyyətindən sonra o, inzibati məsələlərə üz tutur. 2004-cü ilin yayında Monteneqro Futbol Federasiyasının prezidenti seçilir.

Karyera statistikası

KlubMövsümLiqaKubokBeynəlxalqDigərToplamOyunQolOyunQolOyunQolOyunQolOyunQolBuduçnost Titoqrad1982–8320——201983–8471——711984–85296——2961985–863210——32101986–87319——3191987–882910——2910Toplam13036——13036Srena Zvezda1988–89000031—311989–9025107463—38171990–912587373—39141991–92225724220359Toplam72232192092011541Milan1992–931044330—1771993–942003173203241994–9519910623029111995–962363231—2991996–971712020112221997–98807100—151Toplam97202072166114434Srena Zvezda1998–99300000—30Rapid1999–200022110041—26122000–012273031—288Toplam44183072—5420Karyerasında Toplam346974416481781446131

Uğurları

Klub Srvena Zvezda: Yuqoslaviya Çempionu: 1989–90, 1990–91, 1991–92 Yuqoslaviya Kuboku: 1989–90 Avropa Çempionlar Kuboku: 1990–91 Qitələrarası Kubok: 1991 Serbiya və Monteneqro Kuboku: 1998–99

Milan

A Seriyası Çempionu: 1992–93, 1993–94, 1995–96 İtaliya Superkuboku: 1993, 1994 UEFA Çempionlar Liqası: 1993–94 Avropa Superkuboku: 1994

Milli Komanda

Yuqoslaviya

1990 UEFA U-21 Futbol Çempionatı ikinci yer

Fərdi

Qızıl top 2-ci yer: 1991 Milan Şöhrət Zalı Yuqoslaviyanın ən yaxşı idmançısı üçün Qızıl Nişan: 1991 Crvena Zvezda Ən Yaxşı İdmançı: 1991 Yuqoslaviyada İlin Futbolçusu: 1995

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Monteneqrolu futbolçular Kateqoriya:Yuqoslaviya futbolçuları Kateqoriya:Yuqoslaviya milli futbol komandasının oyunçuları Kateqoriya:1990 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1998 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Buduçnost Podqoritsa FK futbolçuları Kateqoriya:Srvena Zvezda FK futbolçuları Kateqoriya:Milan FK futbolçuları Kateqoriya:Rapid Vyana FK futbolçuları Kateqoriya:Yuqoslaviya Birinci Liqası futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Avstriya Bundesliqası futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:İtaliyada legioner futbolçular Kateqoriya:Avstriyada legioner futbolçular Kateqoriya:Legioner Monteneqro futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri