Mixail İvanoviç Tumanişvili (; ) — gürcü, sovet teatr rejissoru və müəllimi. SSRİ xalq artisti (1981). Həyatı Mixail Tumanişvili 1939-cu ildən Şepetovka (Ukrayna) şəhərində Qırmızı Ordu sıralarında xidmət etmişdir.O, Kiçik rabitə komandirləri məktəbini bitirib. Müharibədə iştirak etmişdir. Əsir düşüb,iki dəfə qaçan Tumanişvili 1944-cü ildə ordudan tərxis olunub.
1949-cu ildə Tbilisi Teatr İnstitutunun rejissorluq fakültəsini, Georgi Tovstonoqovun sinfini bitirib.
1949-1971-ci illərdə Şota Rustaveli adına Tbilisi Milli Teatrının direktoru (1965-1966-cı illərdə - baş rejissor) vəzifəsində çalışıb.
Janr və üslub baxımından rəngarəng olan rejissorun əsərləri bədii lüğətin sadəliyi, psixoloji dəqiqliyi, insan xarakterlərinin inkişafındakı ən incə nüansları ilə seçilirdi.
1971-1975-ci illərdə Mixail Tumanişvili Gürcüstan televiziyasının baş direktoru olub.
1975-ci ildən “Gürcüstan-film” kinostudiyasında teatr emalatxanasının baş direktoru, 1978-ci ildən isə kinostudiya nəzdində yaradılmış Tiflis Kinoaktyor Teatrının ilk bədii rəhbəri olub. Onun truppasının üzvləri onun eksperimental kursunun məzunları idi.
1949-cu ildən Şota Rustaveli adına Tiflis Teatr İnstitutunda dərs deyib (1973-cü ildən - professor).
1971-1975-ci illərdə Şota Rustaveli adına Teatrın eksperimental qruplarının müəllimi olub.
Mixail Tumanişvili 1996-cı il mayın 11-də Tbilisidə vəfat etmişdir. O, Didube panteonunda dəfn edilib.
Mükafat və adları Gürcüstan SSR xalq artisti (1961)Театральная Энциклопедия. драма опера балет оперетта цирк эстрада драматург режиссёр SSRİ xalq artisti (1981) SSRİ Dövlət mükafatı (1988) K. Marcanişvili adına Gürcüstan SSR Dövlət mükafatı (1980) Şərəf ordeni (1995) "Vətən müharibəsi" ordeni (1985) "Qırmızı əmək bayrağı" ordeni (1958) Qırmızı Ulduz Ordeni "Döyüş xidmətlərinə görə" medalı Tbilisinin fəxri vətəndaşı (1986).
Tanınmış tələbələri Robert Sturua, teatr rejissoru Temur Çixeidze, teatr rejissoru Georgi Kavtaradze, teatr rejissoru Keti Dolidze, kinorejissor Badri Maysuradze, opera müğənnisi, Bolşoy Teatrının solisti Levan Abaşidze, kino aktyoru Zurab Kipşidze, kino aktyoru, teleaparıcı David Doiaşvili, gürcü teatr rejissoru Georgi Tumanov, kinorejissor Kostantin Kereselidze, kinorejissor, sənədli filmər rejissoru Mixail Çavçavadze, teatr direktoru, müəllim Qoqi Marqvelaşvili, aktyor, rejissor, müəllim
Xatirəsi və irsi Tbilisi Dövlət Kino Aktyor Teatrı Mixail İvanoviç Tumanişvilinin adını daşıyır. Həmçinin onun şərəfinə 1997-ci ildə yaradılmış “Saçukari” Beynəlxalq Milli İncəsənət Festivalı da (digər adlar: “Hədiyyə”, “Geoselis Hədiyyəsi”) təşkil edilmişdir.
Bununla belə, Mixail Tumanişvilinin əsas irsi onun rejissorluğu sayılır.«Михаил Туманишвили был одним из самых крупных художников того поколения, для которого театр был то ли храмом, то ли домом, но в любом случае — крепостью, которую следовало без устали строить и укреплять, непременно всю жизнь» (Статья, посвященная московским гастролям Тбилисского театра Киноактера)
İstinadlar
Ədəbiyyat М. И. Туманишвили. Введение в режиссуру. — М.: Театр «Школа драматического искусства», 2003. — 270 с. (составитель Казьмина, Наталья Юрьевна) Режиссёр уходит из театра : [Воспоминания режиссёра] / Михаил Туманишвили, — Тбилиси.: Союз театр. деятелей Грузии, 1989 Натела Урушадзе. Рассказ главного свидетеля (воспоминания о М. И. Туманишвили) — Саранск, 2001</ref>
Xarici keçidlər
Некролог в журнале «Огонек» (авторства Крымова, Наталья Анатольевна)
Kateqoriya:SSRİ teatr pedaqoqları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:Tbilisinin fəxri vətəndaşları Kateqoriya:XX əsr teatr rejissorları