Mesopotamiya cəbhəsi () — Birinci Dünya müharibəsi zamanı Mesopotamiya (müasir İraq) ərazisində Britaniya imperiyası (əsasən Britaniya Hindistanı ordusu) qoşunları ilə Osmanlı imperiyasının ordusu arasında baş vermiş döyüşlər.
Britaniya komandanlığı Yaxın Şərqin neft yataqlarını qorumağa və Osmanlı Mesopotamiyasını tutmağa ümid edirdi. Osmanlı komandanlığı bu bölgədə aktiv əməliyyatlar planlaşdırmırdı. Lakin ingilislərin aktiv hücumuna başladıqdan sonra Mesopotamiyada hərbi əməliyyatlar üçün 6-cı Ordunu yaratmağa məcbur oldu.
1916-cı ildə türklər Əl-Kutda bir qrup ingilis qoşununu mühasirəyə almağa və ələ keçirməyi bacardılar. Bundan sonra ingilislər aktiv əməliyyatlardan əl çəkməli oldular. İngiltərədə və Hindistan xalqları Mesopotamiya kampaniyası və Bağdadın işğalına böyük maraq göstərirdi.Massey 1919, pp. 5–6 1917-ci ildə ingilislər Bağdadı tutdular və 1918-ci ilin sonunda Osmanlı Mesopotamiyasının demək olar ki, bütün ərazisi onların nəzarəti altında idi. Mudros müqaviləsinin imzalanmasının ertəsi günü döyüş əməliyyatları başa çatdı. Tarixi Osmanlı imperiyasının Birinci Dünya müharibəsinə daxil olması 1914-cü il oktyabrın 30-da keçmiş Alman gəmiləri "Goben" və "Breslau" da daxil olmaqla Osmanlı donanmasının gəmiləri Rusiyanın Qara dənizdəki limanlarını atəşə tutdu. Bu, Osmanlı imperiyasının Birinci Dünya müharibəsinə İttifaq dövlətlərin tərəfində daxil olmasına gətirib çıxardı. Noyabrın 1-də Rusiya hökuməti Osmanlı imperiyasına müharibə elan etdi. Noyabrın 5-də isə Britaniya imperiyası Osmanlı imperiyasına müharibə elan etdiyini bildirdi.
Osmanlı imperiyasının Antantaya qarşı müharibəyə girməsindən sonra ingilislər üçün strateji əhəmiyyətli olan Yaxın Şərqin neft yataqları təhlükə altına düşdü. İngiltərə-Fars Neft Şirkəti İranda neft yataqlarının işlənməsinə müstəsna hüquqlara malik idi (Azərbaycan, Gilan, Mazandaran, Astrabad və Xorasan əyalətləri istisna olmaqla). Britaniyanın Küveytdə də maraqları var idi.
Britaniya komandanlığı İrandakı neft emalı zavodlarını qorumaqla yanaşı, Osmanlı Mesopotamiyasındakı neft yataqlarını da ələ keçirməyə qərar verdi. Osmanlı ordusunun komandanlığı bu bölgədə aktiv əməliyyatlar planlaşdırmırdı. İngilis hərbi tarixçisi Liddell Hart yazırdı: "Fars körfəzi yaxınlığındakı neft yataqları İngiltərəni neftlə təmin etmək üçün böyük əhəmiyyət kəsb edirdi”.
Osmanlı imperiyasının rəhbərliyi Qafqaz cəbhəsini əsas hesab edirdi. Qafqazda rus qoşunlarına qarşı mübarizə aparmaqla yanaşı, Antanta qoşunlarının Mesopotamiya, Suriya və Fələstinə daxil olmasının qarşısını almaq, həmçinin Süveyş kanalını ələ keçirmək nəzərdə tutulurdu.
Tərəflərin qüvvələri Mesopotamiyada 4-cü Osmanlı ordusunun iki ordu korpusu var idi. Lakin hərbi əməliyyatların başlaması ilə bu qoşunlar daha mühüm ərazilərə, yəni Qafqaz və Sinay cəbhələrinə göndərildi.
Osmanlı qoşunlarının ayrı-ayrı hissələri Fars körfəzindən Dəclə və Fərat çayları boyunca və Qırmızı dəniz sahilləri boyunca gedən yolları əhatə edən Mesopotamiyada idi. 1914-cü ilin noyabr ayından etibarən polkovnik-leytenant Süleyman Əsgəri bəyin komandanlığındakı Osmanlı ordusunun 38-ci piyada diviziyası Mesopotamiyada, bir hissəsi Fao və Bəsrədə idi. Tezliklə Osmanlı komandanlığı Mesopotamiyada əməliyyatlar üçün "İraq Korpusu" yaratdı.
Mesopotamiyaya hücum üçün Britaniya baş qərargahı general Con Niksonun komandanlığı altında Britaniya Hindistan Ordusundan "Hindistan Ekspedisiya Qüvvəsi D" yaratdı.. Bu ekspedisiya qüvvələrinə ilkin olaraq 6-cı (Punskaya) piyada diviziyası daxil idi.
Əməliyyat bölgəsinin xüsusiyyətləri Mesopotamiya XVI əsrdə Osmanlı imperiyasının tərkibinə daxil edilib. Bölgədən iki böyük çay axır, Dəclə və Fərat, Bəsrədən 40 mil şimalda, Əl-Qurna bölgəsində birləşir və Şəttül-Ərəb çayını əmələ gətirir.
Şatt əl-Ərəb Fars körfəzinə tökülür. Mesopotamiya torpaqları əsasən düz və səhradır. XX əsrin əvvəllərində rayonda bir neçə kiçik şəhər və kənd yaşayış məntəqələri mövcud idi. Əsas şəhər, körfəzdən təxminən 570 km şimalda yerləşən Bağdad idi. Yol şəbəkəsi inkişaf etməmişdi, ona görə də əsas marşrutlar çaylar boyu keçirdi.
Hərbi əməliyyatların gedişi 1914-ci il hərbi əməliyyatları 300px|thumb|left|Fəratda ingilis silahlı qayığı, 1915-ci il 23 oktyabr 1914-cü ildə, hələ Osmanlı imperiyasının Birinci Dünya müharibəsinə rəsmi daxil olmasından əvvəl, ingilislər Abadan şəhəri (neft emalı zavodunun yerləşdiyi) ərazisinə bir hind piyada briqadasını yerləşdirdilər. Briqada Şəttül-Ərəb çayının deltasını və Fars körfəzindəki neft yataqlarının təhlükəsizliyini qorumaq üçün göndərildi.
6 noyabr 1914-cü ildə ingilislər Hindistan qoşunlarının Şəttül-Ərəb çayının Fars körfəzinə (Fao şəhəri) qovuşduğu yerdə desantını həyata keçirməyə başladılar. Dəniz qüvvələri sahil qalasını bombalamağa başladı. 6-cı Hindistan Diviziyasının birliklərinin enişi general-leytenant Artur Barret və Hindistan Ekspedisiya Qüvvələrinin Baş Siyasi Direktoru Persi Koksun komandanlığı altında həyata keçirildi. Noyabrın 8-də hind qoşunları Fao şəhərini ələ keçirə bildilər.
Noyabrın ortalarında 6-cı Pun diviziyasının bölmələri tamamilə sahilə çıxdı. Donanmanın dəstəyi ilə İngilis qoşunları Şəttül-Ərəb üzərindən hərəkət etdi. Noyabrın 21-də ingilislər çayın mənsəbindən 70 mil aralıda mühüm limanı - Bəsrəni tutdular. Şəhər uğrunda gedən döyüşdə Osmanlı qoşunları 1000-ə yaxın, ingilislər isə 350-yə yaxın əsgər itkisi verdilər.
Bundan sonra ingilis bölmələri hücumlarını davam etdirdilər və dekabrın 9-da Əl Qurna şəhərini tutdular. Bu döyüşlərdə Osmanlı ordusu 989 əsgər və 42 zabitini əsir kimi itirdi. İngilis qoşunları 29 əsgərini itirdi və 424 nəfər yaralandı.
Nəticədə, 1914-cü ilin sonunda ingilislər Cənubi Mesopotamiyada möhkəmləndilər. Fars körfəzində neft emalı zavodlarının təhlükəsizliyi təmin edildi. Lakin Osmanlı qoşunları tam məhv edilməmiş və döyüşlər davam edirdi.
1915-ci il hərbi əməliyyatları 250px|thumb|right|6-cı Osmanlı ordusunun Mesopotamiyadakı qərargahı. 1916 1915-ci ilin əvvəllərində Osmanlı komandanlığı Mesopotamiya cəbhəsində əməliyyatları gücləndirdi. İraq Korpusunun komandiri Süleyman Əsgəri bəy fəal şəkildə yerli ərəb şeyxlərini öz tərəfinə çəkməyə və 1914-cü ildə ingilislər tərəfindən ələ keçirilən əraziləri geri qaytarmağa çalışırdı. Aprelin 14-də Osmanlı qoşunları ərəb dəstələrinin dəstəyi ilə Şeybədəki ingilis düşərgəsinə hücum etdi. Osmanlı piyadalarının inadkar hücumları dəf edildi. Osmanlı qoşunları 2400 nəfəri itirərək (öldürülən, yaralanan və əsir düşən) şimala doğru çəkildi. Komandir Süleyman Əskəri yaralanmış, sonradan bu uğursuzluğa görə intihar etdi. Onun yerinə böyük döyüş təcrübəsi olan zabit Nurəddin İbrahim Konyar təyin edildi.
İngilis komandanlığı Şayba uğurunu davam etmək qərarına gəldi. Çarlz Taunsedin komandanlığı altında qoşun dəstəsi yaradıldı və ona Əl Qutun və mümkünsə Bağdadı ələ keçirmək əmri verildi. Osmanlı ordusunun baş komandanı Ənvər Paşa Bağdadın süqutundan qorxaraq Mesopotamiya cəbhəsinin əhəmiyyətini lazımınca qiymətləndirmədiyini anladı. 5 oktyabr 1915-ci ildə osmanlılar Mesopotamiyada əməliyyatlar üçün alman hərbi müşaviri general Kolmar fon der Qoltsun komandanlığı ilə 6-cı Ordu yaratdılar.
İngilislərin irəliləməsi son dərəcə ləng gedirdi. Lakin Taunsend dəstəsi bir neçə kiçik Osmanlı bölməsinin müqavimətini qıraraq, 1915-ci ilin noyabrına qədər təqribən Ktesifona çatdı. Noyabrın 22-də Nurəddin Paşanın Osmanlı qoşunları (35-ci və 38-ci piyada diviziyaları) Ktesifonda Taunsedin ingilis qoşunlarına hücum etdi. Şiddətli döyüşlər hər iki tərəfin böyük itkiləri və ingilislərin geri çəkilməsi ilə nəticələndi. Ktesifon yaxınlığındakı döyüşlərdə ingilis qoşunlarından 4600 nəfər həlak oldu, yaralandı və əsir düşdü. Osmanlılardan isə 6200 nəfər həlak oldu, yaralandı və əsir düşdü. İngilis qoşunları Əl Quta çəkilərək şəhərə sığındılar. İngilislərin geri çəkilməsindən xəbər tutan Nurəddin Paşa düşməni təqib etmək qərarına gəldi. Dekabrın 7-də Osmanlı qoşunları şəhəri tamamilə mühasirəyə almağa və onun mühasirəsinə başlamağa nail oldular.
Vəziyyətin ciddiliyini dərk edən ingilis komandanlığı mühasirəyə alınan qoşunları azad etməyə çalışdı. Bununla belə, Əl Quta keçmək üçün edilən bütün cəhdlər, osmanlılara göməyə gələn Qoltsun 6-cı ordusunun bölmələri tərəfindən dəf edildi. Bundan sonra ingilislər Taunsend qoşunlarını azad etmək üçün general Nikolay Baratovun komandanlığı altında İrandan rus ordusunu cəlb etmək qərarına gəldilər. Rusiya komandanlığı köməyə razılaşdı. Lakin bunu bir şərtlə etdi ki, Mosul və Bağdad alındıqdan sonra rus və ingilis qoşunları Osmanlı imperiyasının mərkəzi bölgələrinə hücuma keçsinlər.Михайлов В. В. Российско-британское военное сотрудничество на севере Месопотамии в 1916—1917 гг.: планы и их крах. // :ru:Военно-исторический журнал. — 2017. — № 11. — С.52—59. Lakin rus qoşunlarının neft və pambıqla zəngin ərazilərə nüfuz etməsindən qorxan ingilis komandanlığı bu şərtlə razılaşmadı və ruslara rədd cavabı verdi.
1916-cı il hərbi əməliyyatları 250px|thumb|left|Əl -Qutun mühasirəsi zamanı xəndəklər. 1916 20 yanvar 1916-cı ildə Nurəddin Paşanın 6-cı Ordu komandiri fon der Qoltzla ortaq dil tapa bilmədiyi üçün Ənvər Paşa onu yeni komandir polkovnik Xəlil Kutla əvəzlədi. 1916-cı ilin yanvar-mart aylarında İngilis komandanlığı yenidən Əl Qutu azad etməyə cəhd etdi. Şiddətli döyüşlər zamanı Osmanlı qoşunları ingilislərin Əl Quta köməyə getməsinin qarşısını ala bildilər. İngilislərin Əl Qutun mühasirəsini aradan qaldırmaq üçün dörd cəhdi uğursuz oldu. İngilislərin hücumlarını dəf etməkdə alman aviasiyası və alman dənizçilərinin komandanlıq etdiyi çay flotiliyası iştirak edirdi. Aprelin 19-da 6-cı Ordunun komandiri fon der Goltz öldü, lakin bu, artıq Əl Qutdakı vəziyyətə təsir etmədi. Xəlil Paşa 6-cı Ordunun yeni komandanı oldu. Mühasirəyə alınanlar arasında aclıq və xəstəlik epidemiyaları başladı. Aprelin 29-da general Taunsedin qoşunları təslim oldu. General Taunsend də daxil olmaqla 10.000-dən çox İngilis əsgəri osmanlılar tərəfindən əsir götürüldü. Barkerin məlumatına görə ingilis qoşunları 13164 nəfəri əsir olaraq itirdi.
Əl Qutdakı məğlubiyyət Britaniya ordusunun nüfuzuna böyük zərbə vurdu. Komandan general Niksonu general Leyk əvəz etdi. İngilis qoşunlarının Mesopotamiya cəbhəsindəki uğursuzluqları əsasən ərzaq və avadanlıqların zəif təmin edilməsi, nəqliyyatın (ilk növbədə çay) və dərmanların olmaması ilə əlaqədar idi. İngilislər yollar çəkməyə, Bəsrə limanını yaxşılaşdırmağa, xəstəxanalar yaratmağa və paroxodların sayını artırmağa başladılar. Bu tədbirlər nəticəsində ingilislər cəbhə xəttinə daha çox qoşun və texnika çatdıra bildilər. Əl Qutun süqutundan sonra ingilis komandanlığı yeni hücuma hazırlaşırdı və 1916-cı il dekabrın 10-dək aktiv döyüş əməliyyatları aparmadı.
1916-cı ilin ikinci yarısında türk komandanlığı Xanəkin kəndini (Bağdaddan 150 km şimal-şərqdə) işğal edən general Baratovun rus qoşunlarına hücum etmək üçün 6-cı ordudan istifadə etdi. Döyüşlər zamanı 6-cı Ordunun bölmələri rus qoşunlarını Mesopotamiyadan sıxışdırıb çıxardılar. İyulun 15-də osmanlılar Qacar dövləti ərazisinə daxil olaraq Kirmanşahı, avqustun 10-da isə Həmədanı işğal etdilər.
1917-ci il hərbi əməliyyatları 1917-ci ildə Mesopotamiyadakı ingilis qoşunlarının yeni komandanı general Frederik Stenli Mode oldu. Onun komandanlığı altında iki korpusa, üç briqadaya və bir süvari diviziyasına birləşdirilən dörd diviziya, cəmi 25.000 nəfərə yaxın hərbi qüvvə var idi. 6-cı türk ordusunun komandanı Xəlil Paşanın sərəncamında olan general Kazım Qarabəkir Paşanın komandanlığı altındakı 18-ci korpus Əl Qutdan 35 km şimal-şərq istiqamətində Dəclə boyunca müdafiə qurmuşdu.366 История Первой мировой войны 1914—1918 гг.]. — 1975. — Т. 2. — С. 366.