Sahil Kərimli () — Azərbaycan Respublikasının əməkdar jurnalisti, ictimai-siyasi şəxs, analitikSahil Kərimli: Ermənistan rəhbərliyi və ordusu törətdikləri bütün cinayətlərə görə cavab verəcəklər, Trend BİA-nın baş direktor müavini, "Sahil Kərimli ilə Aktual" müəllif videolayihəsinin rəhbəri.
Həyatı Kərimli Sahil Bəxtiyar oğlu 10 dekabr 1977-ci ildə Ucar rayonunda anadan olub. Ucar rayon 1 saylı orta məktəbi bitirib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəində ali təhsil alıb. “Avrasiya”, “Hər gün”, “7 gün” qəzetlərində çalışıb. 1999-2000-ci illərdə Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçib.
Fəaliyyəti Mətbuat fəaliyyəti 2001-2005-ci ildə Lider TV-də müxbir, aparıcı və redaktor vəzifələrində çalışıb. 2005-2006-cı illərdə AzTV-də redaktor vəzifəsində işləyib. 2006-2015-ci illərdə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətində çalışıb. 2015-2018-ci illərdə İctimai TV-də baş redaktor vəzifəsində işləyib. 2018-ci ildən Trend Beynəlxalq İnformasiya Agentliyində işə başlayıb, hazırda agentliyin baş direktorunun müavini vəzifəsində çalışır. Ailəlidir, 3 övladı var. Onlarla sənədli filmin müəllifidir. Hazırladığı filmlər dəfələrlə dövlət mükafatlarına layiq görülüb.
Sənədli filmləri
"Təhlükəsizlik fenomeni", "Nə üçün Sumqayıt?", "Ən böyük azərbaycanlı", "Sabitliyin keşiyində", "Zəfərin zirvəsi" “Əziz Şuşa” "Qəhrəman xüsusi təyinatlı"
Təltifləri
2020-ci ilin iyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin əmri ilə “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalına layiq görülüb.
İstinadlar
Xarici keçidlər
Zəfərin Zirvəsi – Şuşa: Trend TV-nin Filmi “Əziz Şuşa” – Trend TV Şuşada Azad Şuşa: Zəfərin simvolu, tarixi ədalətin və milli qürurun bərpası – Videolayihə
Kateqoriya:Ucar rayonunda doğulanlar