Ala yelkənlər () — hər il Sankt-Peterburqda(keçmiş Leninqrad) keçirilən orta məktəb şagirdlərinin buraxılış bayramıdır. Adət olaraq ən aydın bəyaz gecəyə düşən şənbə günündə keçirilir(adətən 18–27 iyun tarixləri arasında, 22 iyun istisna olmaqla).

İlk dəfə bayram 28 iyun 1968-ci ildə baş tutub. İlk rəsmi tədbir isə bir il sonraya, 1969-cu ilə təsadüf edib. 1979-cu ildən bayramın keçirilməsi dayandırlıb, lakin 2005-ci ildən yenidən davam edib.

Tədbir üçün biletlər alına bilməz, yalnız məzunlar və onların yaxınları tədbirdə xüsusi dəvətnamələrlə iştirak edə bilərlər.

Tədbirin tarixi Ala yelkənlər bayramı 1968-ci ildə Sankt-Peterburqda bir neçə məzun qrupunun təşəbbüsü ilə meydana çıxdı.Как "Секрет" "Аврору" победил . Санкт-Петербургские ведомости. 18.06.2010. № 110-с (4639). С. 3. İlk bayram 28 iyun 1968-ci ildə saat 23:00-da başladı. Həmin tədbirdə 25 mindən çox məzun iştirak edirdi.

Tədbir altından hərəkətə başlayan bir qrup katelə açıq elan olundu. Onların ardınca (indiki Ümid() adalanır) əsas gəmisi çıxdı. Gəmidə əlində bayraq olan 3 məzun dayanır. Onların ətrafında əllərində məşəllər tutan uşaqlar yerləşirdi. Həmin məşəllər vasitəsiylə Rostral sütun alovlandırılır və səhərə kimi alovlanmağa davam edirdi. İstifadə olunan gəmilər müxtəlif illərdə başqaları ilə olundu.

Pirotexniki şou təxminən gecə yarısından sonra başlayırdı və təxminən 20 dəqiqə davam edirdi.

1977-ci ildə Leninqrad Vilayət Komitəsinin rəhbəri tədbiri ləğv etmək qərarına gəldi və həmin il tədbir gəmisiz keçirildi.1979-cu ildə Romanov gənclərin böyük izdihamı səbəbindən tədbiri tamamilə ləğv etdi. Bayram yalnız 2005-ci ildə rəsmi statusunu bərpa etdi.

Bayramın bərpası 2005-ci ildə Vladimir Putin Ala yelkənlər bayramını yenidən keçirməyi təklif etdi. Məhz onun təşəbbüsü ilə Sankt-Peterburq qubernatoru Valentina Matvienko Sankt-Peterburqda məzunların bayramının keçirilməsi ənənəsini bərpa etmək qərarına gəldi.

Tənqid Bir çox kütləvi informasiya vasitələri festivalda sərxoş vəziyyətdə xeyli insanın olduğunu qeyd edirlər.

İstinadlar

kateqoriya:Bayramlar Kateqoriya:Sankt-Peterburqun görməli yerləri