Tayıflı — Azərbaycan Respublikasının Oğuz rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Kəndin əsl adı Tayıblıdır. "B" səsinin "f" ilə əvəzlənməsi Azərbaycan dilinin qərb qrupu üçün və eləcə də bir sıra türk dilləri üçün səciyyəvidir. Yaşayış məntəqəsinin adı keçmişdə maldarlıqla məşğul olmuş tayıblı nəslinin adı ilə bağlıdır. Kəndin ərazisi vaxtilə həmin nəslin əkin yeri olmuşdur.

"Tayıflı" sözü üç hissədən ibarətdir: tay–ıf–lı. "Tay"ın "Azərbaycan dilinin izahlı lüğəti"ndəAzərbaycan dilinin izahlı lüğəti. IV cild. Bakı: 2006, səh.273. iki məna daşıdığı bildirilir: 1) bərabər, münasib, 2) qoşa şeylərdən biri – dağın, dərənin, çayın tərəflərindən biri. Kəndin mərkəzindən keçən yol vaxtilə çay olmuş, bu çayın hər iki tayında, tərəfində evlər tikilmiş, kənd salınmışdır. "Tay" həm də ucalığı bildirir. "Altay" sözündə (al–tay, yəni "uca dağ") olduğu kimi. Kənd də çayın yatağına nisbətən sahilindəki ucalıqlarda salınmışdır. Sözdəki "ıf" hissəciyi "lətif", "tərif", "zərif" sözlərində olduğu kimi, sifət bildirir. "lı" isə mənsubiyyət bildirən şəkilçidir. Deməli, "Tayıflı" – "ucada, yüksəklikdə olanlar", yaxud, "o tayda, bu tayda qərar tutanlar" anlamına gəlir.

Tarixi

Coğrafiyası və iqlimi Kənd Qalaçayın sahilində, Alazan–Əyriçay çökəkliyində, rayon mərkəzindən 15 km cənub–şərqdə, Şirvanlı kəndinin qərbində yerləşir. Rayon mərkəzindən Tayıflıya avtobus marşrutu işləyir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 687 nəfər yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq, əkinçilik, bağçılıq və tərəvəzçilik təşkil edir. Kənddə ticarət köşkləri var. Təbii qaz xətti çəkilmişdir.

Mədəniyyəti Kənddə klub, kitabxana, 32 telefon mövcuddur.

Təhsil Kənddə tam orta məktəb fəaliyyət göstərir.

Din

Səhiyyə Kənddə tibb məntəqəsi var.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Oğuz rayonunun kəndləri