Qarabaldır — Azərbaycan Respublikasının Oğuz rayonunun Kərimli kənd inzibati ərazi dairəsində kənd. Rayon mərkəzindən 16 km. cənubda, Kərimli kəndinin qərbində, Əlicançayın sol sahilində yerləşir.

Etimologiyası Qarabaldır etnik toponimdir. Azərbaycan xalqının etnogenizində iştirak etmiş qədim türk tayfalarından birinin adı q a r a b a l d ı r olmuşdurE.Nuriyev, “Azərbaycan SSR Şəki – Zaqatala zonasının toponimiyası”, Bakı, Elm, 1989, səh. 80. “Qarabaldır” toponimi – iki hissədən ibarətdir: “qara” və “baldır”. “Qara”–böyük, güclü, qüvvətli, “Baldır” – "çıxıntı" sözlərindən yaranıb "böyük çıxıntı" deməkdir. Ümumiyyətlə, hələ qədimdən bədən üzvləri ilə oxşarlığı nəzərə alınaraq coğrafi obyektləri burun, bel, barmaq, daban, dil və sair kimi, sözlərlə adlandırmaq qanunauyğun hal olmuşdur.

Tarixi Kəndin ərazisində ölkə və yerli əhəmiyyətli abidələr siyahısına daxil edilmiş Nekropol (e.ə IV–I əsrlər), Molla qoruğu (e. I–IV əsrləri) var.

1824-cü il Şəki əyalətinin kameral təsvirinə əsasən Qarabaldır kəndində 55 təsərrüfatda 226 nəfər əhali yaşayırdı ki, onların da 120 nəfərini kişilər, 106 nəfərini isə qadınlar təşkil edirdi.Z.Cavadova. Şimal-Qərbi Azərbaycanın əhali tarixi və tarixi demoqrafiyası (XIX əsrin əvvəlləri - 70-ci illəri) Bakı,2002, səh.52

Əhalinin məşğuliyyəti Kəndin əhalisi 575 nəfərdir (01 yanvar 2017-ci il). Əhali əkinçilik, heyvandarlıq, bağçılıq və tərəvəzçiliklə məşğul olur. Kənddə ümumi orta məktəb, kitabxana, tibb məntəqəsi var. Dəniz səviyyəsindən hündürlüyü 380 metrdir.

Mənbə Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II hissə. Bakı,2007.

Həmçinin bax Oğuz rayonu

Xarici keçidlər http://www.municipality.az/?year=2009&month=04&cstart=14 Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Oğuz rayonunun kəndləri