thumb|Ərdəbil şəhərində təcili yardım maşını zəhərlənən qız tələbələrini xəstəxanaya aparır İranda məktəbli qızların kütləvi zəhərlənməsi — İranda qız məktəblərində zəncirvari zəhərlənmə çoxlu sayda İran məktəbinin şagirdlərinin şübhəli şəkildə zəhərləndiyi bir sıra qəsdən və ardıcıl hadisələrdir.

Bu hadisə 2022-ci il noyabrın 30-da Qumdakı qızlar liseyində başladı. O vaxtdan bəri Qum şəhərinin 60 məktəbində yüzlərlə şagird zəhərlənib, onların əksəriyyəti qızların birinci və ikinci orta məktəbi idi. Bu hadisələr təkcə Qumla məhdudlaşmır və onun əhatə dairəsi İranın digər şəhərlərinə, o cümlədən Borucerd, Sari, Ərdəbil, Tehran, Fərdis, Xuzistan və Neyşabur da çəkilib.

Bəziləri, o cümlədən İran rəsmiləri bunun Məhsa Əmininin ölümü ilə əlaqədar güclənən məcburi hicaba qarşı etirazların "intiqamı" ola biləcəyini ehtimal edir.

İstinadlar

Kateqoriya:2022-ci ildə İran Kateqoriya:Qum (şəhər) Kateqoriya:İranda sağlamlıq Kateqoriya:İran tarixi Kateqoriya:İranda siyasət Kateqoriya:Səbəbi bilinməyən xəstəliklər