thumb| Zambiya/ Zimbabvedəki Viktoriya şəlaləsi körpüsündən tullanmaq Hündürlükdən tullanma () — böyük bir elastik ipə bağlı olan bir insanın çox hündür məsafədən tullanmasını əhatə edən bir attraksiondur. Başlatma meydançası adətən bina və ya kran kimi hündür strukturda, dərin dərə üzərindən körpüdə və ya qaya kimi təbii coğrafi obyektin üzərində qurulur. İsti hava şarı və ya vertolyot kimi yerin üzərində uçmaq qabiliyyətinə malik olan bir tipli təyyarədən tullanmaq da mümkündür. Həyəcan sərbəst düşmə və beynin buraxdığı adrenalin hormonlarından irəli gəlir.Kockelman JW, Hubbard M. Bungee jumping cord design using a simple model. Sports Engineering 2004; 7(2):89–96 Şəxs tullananda ip uzanır və ip geri çəkildikcə tullanan adam yenidən yuxarıya doğru uçur və bütün kinetik enerji dağılana qədər yuxarı və aşağı salınmağa davam edir.
İstinadlar
Kateqoriya:Açıq havada istirahət