Çaldaş (əvvəlki adı: Astraxanovka) — Azərbaycan Respublikasının Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazi dairəsi tərkibindəki Astraxanovka kəndi Çaldaş kəndi adlandırılmışdır.
Tarixi Rayon mərkəzindən 45 kilometr cənubda, Acınohur alçaq ön dağlığı bölgəsində, Müqəddəsdağın (764 m) şərq tərəfində yerləşir. Dəniz səviyyəsindən yüksəkliyi 380 metrdir.
Kəndi 1849-cu ildə Rusiyadan Azərbaycana köçürülmüş rus–molokanlar salmışlar. Zaman keçdikcə özləri ilə bu adı buraya gətirmiş ruslar kənddən köçüb getmiş, ad qalmışdır.
Toponimikası Düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrdə Həştərxan vilayətindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Həştərxan" şəhəri və vilayətinin rusca adı olan "Astraxan" (yer adı) və rusca yer adlarında istifadə olunan "–ovka" şəkilçisindən ibarət olub, "həştərxanlılar, həştərxanlıların yaşadığı yer" mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Mədəniyyəti Kənddə orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, 100 yerlik ATS, iaşə və ticarət obyektləri var. Kəndə rayon mərkəzindən Oğuz–Qarabulaq avtobusu ilə getmək olur.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 544 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Kənd əhalisi heyvandarlıq və əkinçiliklə məşğul olur.
Həmçinin bax Oğuz rayonu
Xarici keçidlər
Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Oğuz rayonunun kəndləri Kateqoriya:XIX əsrdə yaranan yaşayış məntəqələri