Hür Dava Partiyası (, qısaldılmış halı ilə HÜDA PAR; ) — Türkiyədə sünni kürd islamçı siyasi partiya.
Tarixi 2002-ci ildə silahlı mübarizəyə son qoymaq qərarından sonra "Hizbullah"ın tərkibində olan "Mənzil" qruplaşmasının fəalları 2003-cü ildə "Müstəzəflər ilə Həmrəylik Dərnəyi"ni adlı assoasiasiya yaratmışdılar. Bu, "Müstəzəflər hərəkatı" kimi də tanınırdı. 18 aprel 2010-cu ildə "Müstəzəflər ilə Həmrəylik Dərnəyi" Diyarbəkirdə islam peyğəmbəri Məhəmmədin mövludunu qeyd etmək üçün kütləvi yığıncaq təşkil etmişdir. Türkiyə polisi tədbirə 2 milyon adamın qatıldığını bildirmişdir. Təşkilatçılar bu rəqəmin 2,5 milyondan çox olduğunu bildirmişdilər.
20 aprel 2010-cu ildə Diyarbəkir məhkəməsi "Müstəzəflər ilə Həmrəylik Dərnəyi"nin "Hizbullah terror təşkilatı adından fəaliyyət göstərməsi" səbəbi ilə bağlanmasına qərar vermişdir. Qərar Kassasiya Məhkəməsi tərəfindən 11 may 2012-ci ildə təsdiq edilmişdir.
2012-ci ilin sonlarında "Müstəzəflər ilə Həmrəylik Dərnəyi" əsasən solçu və kürd milliyətçi Sülh və Demokratiya Partiyasının hegemonluğuna meydan oxumaq üçün siyasi partiya yaratmaq iradəsini açıqlamışdır. 17 dekabr 2012-ci ildə "Hür Dava Partiyası" təsis edilmişdir. 9 yanvar 2013-cü ildə Ankarada baş qərargah açılmışdır.
"Hür Dava Partiyası"na bağlı cəmiyyətlər "Peyğəmbər aşiqləri" (, ) çətiri altında fəaliyyət göstərir.
2023-cü il mayın 14-də Hürr Dava Partiyasının dörd namizədi (Serkan Ramanlı, Şahzadə Dəmir, Zəkəriyə Yapıcıoğlu, Faruk Dinç) Ədalət və İnkişaf Partiyası siyahısından Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçiliblər.
İstinadlar
Kateqoriya:Türkiyədəki siyasi partiyalar Kateqoriya:2012-ci ildə yaranan siyasi partiyalar Kateqoriya:2012-ci ildə Türkiyədə yarananlar Kateqoriya:Türkiyədə islamçılıq Kateqoriya:Sosial mühafizəkar partiyalar Kateqoriya:İfrat sağçı siyasi partiyalar