Oyun pultu, həmçinin geympad () və ya coypad () — oyun kontrolleri növü. Bu, iki əllə tutulan uzaqdan idarəetmə qurğusudur, onun funksiyalarını idarə etmək üçün baş barmaqlardan istifadə olunur. Bir çox müasir kontrollerlər istiqamət düymələri ilə birlikdə analoq çubuqlardan istifadə edirlər. Bu, "Nintendo 64", "Sony PlayStation" və "Sega Saturn" konsollarının meydana çıxmasından sonra populyarlıq qazanmışdır.
Geympadlar oyunçu və oyun konsolu arasında qarşılıqlı əlaqəni təmin edir. Geympadlar həmçinin onları dəstəkləyən oyunlarda fərdi kompüterlərdə istifadə olunur, oyunçunun klaviaturasını və siçanı əvəz edir.Jamin Brophy-Warren, Magic Wand: How Hackers Make Use Of Their Wii-motes , Wall Street Journal, April 28, 2007
İstinadlar
Xarici keçidlər Джойстики и другие игровые манипуляторы FAQ по геймпадам от iXBT.com FAQ по геймпадам от overclockers.ru
Kateqoriya:Videooyun qurğuları