Əbdülilah Fırat – Türk siyasətçi, yazar, şeyx.
Həyatı Şeyx Səidin nəvəsi olan Əbdülilah Fırat XIX əsr Ərzurum Millət vəkili (RP) və XX əsr Ərzurum Millət vəkili (RP, AP) vəzifələrində çalışıb.
Şeyx Səid Üsyanından sonra sürgün yeri olan Kırklareli vilayətinin Vize rayonunun Sergen qəsəbəsində 1946-cı ildə məcburi köçürmə zamanı dünyaya gəlib. İbtidai və orta təhsilini Hınısda alıb. 27 may 1960-cı ilin çevrilişindən sonra Milli Birlik Komitəsi tərəfindən Sivas Kabakyazıda 5-ci Şəxsi Təlim Briqadasında yaradılan toplama düşərgəsində 6 ay nəzarət altında qaldıqdan sonra (27 may çevrilişinin ən gənc məhbusu), 55 Şeyx və Ağa adı ilə ailəlikcə Türkiyənin müxtəlif vilayətlərinə sürgün ediliblər. Sürgün və əsarət həyatı içində, Şeyx Səidin böyük oğlu müdərris və alim olan babası Şeyx Əli Rza Əfəndi və Şeyx Əli Rzanın böyük oğlu olan atası Şeyx Məhəmməd Əminin yanında dini təhsil (mədrəsə təhsili) alıb.
O, Əbdülilah Fırat sürgündən qayıtdıqdan sonra təhsilini davam etdirərək 1968-ci ildə Elazığda orta məktəbi bitirib. Ali təhsilini Ankara İqtisadi və Ticarət Elmləri Akademiyasında davam edərkən akademiyanın rəhbəri və Türkiyə Özəl Məktəblər Birliyi Tələbə Federasiyasının sədrliyini üstlənib. Daha sonra bu məktəbi tərk edərək Ankara Universitetinin Hüquq fakültəsinə başlayıb. Ancaq sonra bir çox problemlər səbəbindən təhsilini yarımçıq qoyub. 1976-cı ildə isə ticarət və podrat işinə başlayıb və Kütləvi Mənzil İnşaat Podratçılar Birliyinin (TİMDER) sədri olub. Ali təhsilini Ankara İqtisadiyyat və Ticarət Elmləri Akademiyasında davam etdirərkən akademiyanın prezidenti və Türkiyə Özəl Məktəblər Birliyi Tələbə Federasiyasının prezidenti olub.
Rifah Partiyasının sədri professor Nəcməddin Ərbakanın istəyi üzərinə 1991-ci ildə millət vəkili seçimlərində Ərzurum II bölgə Rifah Partiyası siyahısında namizəd olub və ən çox səs alan millət vəkili olaraq seçilib. 1995-ci ildə millət vəkili seçimlərində Rifah Partiyası Ərzurum millət vəkili olarak təkrar seçilib. Rifah Partiyasının 28 fevral prosesi səbəbilə bağlanmasından sonra Ərzurum millət vəkili Əbdülilah Fırat 18 mart 1998-ci ildə Fəzilət Partiyasına üzv olub. O, Rifah Partiyası və Fəzilət Partiyasında Mərkəzi Qərar və İdarə Heyətinin üzvü və müxtəlif vəzifələrdə çalışıb. TBMM-nin İctimai İşlər, Yenidənqurma, Nəqliyyat və Turizm Komissiyasında və Fransa-Türkiyə Parlamentlərarası Dostluq Qrupunda üzv və sədr müavini vəzifələrində çalışıb. Fəzilət Partiyasının Konstitusiya Məhkəməsi tərəfindən bağlanmasından sonra yaradılmış Səadət Partiyasının Təsisçilər Şurasının üzvü və Ümumi İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib.
Əbdülilah Fırat günümüzdə Nəqşibəndi Xalidi Pələvi məktəbinin və Şeyx Səid ailəsinin son nümayəndəsidir. Müxtəlif qəzet və jurnallarda müsahibələri, məqalələri, müxtəlif yazıları yer alıb. Beş kitab müəllifidir.
Ailəlidir, 3 övladı var.
Yayımlanmış kitabları Seyyidü’l Enbiya Ve’l Mürselin Hz. Muhammed Mustafa (s.a.v.) Ve Ehl-i Beyt’i http://kutuphane.tbmm.gov.tr/cgi-bin/koha/opac-detail.pl?bib=318481 (TBMM Kütüphanesi Bibliografik Kayıt)http://kutuphane.tbmm.gov.tr:8088/2013/201302533.pdf (Kapak-İçindekiler-Bib)http://www.pttkitap.com/kitap/seyyidul-l-enbiya-ve-l-murselin-hz-muhammed-mustafa-s-a-v-ve-ehli-beyti-p866848.html (Kitap Satın Alma) Ölüm Gerçeği ve Taziye Adabı http://kutuphane.tbmm.gov.tr/cgi-bin/koha/opac-detail.pl?bib=318482 (TBMM Kütüphanesi Bibliografik Kayıt)http://kutuphane.tbmm.gov.tr:8088/2013/201302534.pdf (Kapak-İçindekiler-Bib)http://www.pttkitap.com/kitap/olum-gercegi-ve-taziye-adabi-p866847.html (Kitap Satın Alma) Şarkın Büyük Şeyhi: Şeyh Ali Sebtî Palevî ve Şeyhü’ş Şüyûh Risalesi Kütüphane Risalesi — Şeyh Said Efendi Fetvâlar Mecmûası — Şeyh Said Efendi
İstinadlar
Xarici keçidlər
İşte Kürtler Istırap ve Çareler — Abdulilah Fırat Kürt Siyasetinde Açılım ve Çözümüne Dair — Abdulilah Fırat Şeyh Said'in Torununundan Tarihi Açıklamalar Şeyh Said'in torunu Abdulilah Fırat, dedesinin mezar yerinin belli olduğunu söyledi Bediüzzaman o cevabı kime verdi? 27 Mayıs'ın Öteki Yüzü Sivas Kampı Şeyh Said'in Çocukları ile Said Nursi'nin Görüşmesini Canlı Şahid Fırat Anlatıyor Abdulilah Fırat : İngilizler Şeyh Said Kıyamı'na Karşı Çıkmıştır Şeyh Said'in torunu Abdulilah Fırat : Demokratik Açılım Süreci Halkımızı Sevmek — Abdulilah Fırat