Valter Edvard Dandi () — Amerikalı neyrocərrah və alim. O, Viktor Horsli (1857–1916) və Harvi Kuşinq (1869–1939) ilə birlikdə neyrocərrahiyyənin qurucu atalarından biri hesab olunur. Dandi çoxsaylı neyrocərrahi kəşfləri və yenilikləri, o cümlədən beyində serebrospinal mayenin sirkulyasiyasının təsviri, hidrosefal cərrahi müalicəsi, hava ventrikuloqrafiya və pnevmoensefaloqrafiyanın ixtirası, beyin endoskopiyası təsnifatı, ilk intensiv terapiya şöbəsinin qurulması, serebrovaskulyar neyrocərrahiyyənin yaranması ilə müşayiət olunan intrakraniya anevrizmanın ilk kliplənməsi ilə tanınır.

İstinadlar

Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:ABŞ alimləri Kateqoriya:Neyrocərrahlar