Manuel del Refuxio Qonsales Floores (; ) — Meksika hərbi və dövlət xadimi. O, 1 dekabr 1880-ci ildən 30 noyabr 1884-cü ilə qədər Meksika Prezidenti olmuşdur.
Həyatı Manuel Martínes 1853-cü ildə sıravi əsgər kimi orduya qatılmışdır. O, İslahat müharibəsində liberallarla vuruşmuşdur. Fransa müdaxiləsi zamanı Benito Xuaresə xidmətlərini təklif etmiş, Porfirio Diasın komandanlığı altında döyüşmüşdür. Milli Sarayın qubernatoru və Mexiko şəhərinin hərbi komandiri olmuş, gələcək üsyanlarda Diası dəstəkləmişdir. 1877-ci ildə Mixoakan qubernatoru olmuşdur, 1879-cu ildə Hərbi və Dəniz Qüvvələri naziri kimi xidmət etmiş və 1880-ci ildə Diasın dəstəyi ilə Meksika Prezidenti seçilmişdir. Rəhbərliyi dövründə dəmir yollarının tikintisinə və teleqraf şəbəkəsinin böyüməsinə kömək etmiş, Meksika Milli Bankını təsis etmişdir. Digər tərəfdən, o, ciddi maliyyə böhranı ilə üzləşməli olmuşdur.Biblioteca Digital UANL, Nuevo León, México, 1933Instituto Nacional de Estudios Históricos de México, San Ángel, México, D. F (INEHRM)Gobernates de México, Panorama Editorial, 1985Gobernates de México, Editorial Universo, México, 1988Diccionario Porrúa de Historia, Biografía y Geografía de México, Porrúa, México, 1971Resumen Histórico de los Gobernanes de México, Escorpio, S. A. de C. V., México, 1989
İstinadlar
Əlavə ədəbiyyat Coerver, Don M. The Porfirian Interregnum: The Presidency of Manuel González of Mexico, 1880–1884. 1979. Katz, Friedrich, "The Liberal Republic and the Porfiriato, 1867–1910" in Mexico Since Independnece, Leslie Bethell, ed. New York: Cambridge University Press 1991, pp. 49–124. Cosío Villegas, Daniel, Historia Moderna de México, vol. 8. (1970), pp. 575–798. "González, Manuel", Enciclopedia de México, vol. 6. Mexico City, 1996, . García Puron, Manuel, México y sus gobernantes, v. 2. Mexico City: Joaquín Porrúa, 1984. Orozco Linares, Fernando, Gobernantes de México. Mexico City: Panorama Editorial, 1985, .
Kateqoriya:Meksika prezidentləri