Andrea Querra (; ) — İtaliya bəstəkarı, bir çox kinofilmlərin musiqi müəllifi.
Həyatı Şair və ssenarist Tonino Querranın oğlu Andrea Querra 1961-ci ilin oktyabrında İtaliyanın şimalındakı Santarkancelo di Romanya şəhərində doğulub. Maestro Ettore Ballottanın rəhbərliyi altında bəstəkarlıq və aranjimançılıq üzrə təhsil aldıqdan sonra o, Romaya köçür və burada karyerasını sənədli filmlər üçün musiqi bəstələməklə başlayır. Sonrakı illərdə o, Fərzan Özpətək, Roberto Faentsa, Cuzeppe Bertoluççi, Paolo Cenoveze və digər məşhur rejissorların filmlərinə musiqi yazır.
Filmoqrafiya Ruanda oteli (film, 2004) / Hotel Rwanda
İstinadlar
Kateqoriya:İtaliya bəstəkarları Kateqoriya:İtaliya film bəstəkarları Kateqoriya:Emiliya-Romanya regionunda doğulanlar