Cerom Hayden "Cey" Pauel () — 2018-ci ildən bəri Federal Ehtiyat Sisteminin 16-cı sədri vəzifəsini icra edən Amerikalı vəkil və investisiya bankiri.

1975-ci ildə Prinston Universitetində siyasət dərəcəsi və 1979-cu ildə Corctaun Universitetinin Hüquq Mərkəzindən Yuris Doktoru dərəcəsi aldıqdan sonra 1984-cü ildə investisiya bankçılığına keçdi və The Carlyle Group-un tərəfdaşı da daxil olmaqla müxtəlif maliyyə institutlarında çalışdı. 1992-ci ildə qısa müddət Pauel Prezident Corc Herbert Volker Buşun dövründə Xəzinədarlıq katibinin daxili maliyyə üzrə müavini vəzifəsində də çalışıb. Pauel 2005-ci ildə Carlyle Group-dan ayrıldı və Severn Capital Partners adlı özəl investisiya firmasını qurdu. Dövlət qulluğuna qayıtmazdan əvvəl o, 2010–2012-ci illər arasında Bipartizan Siyasət Mərkəzində qonaq alim kimi fəaliyyət göstərmişdir.

İstinadlar

Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:XX əsr hüquqşünasları Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:XXI əsr hüquqşünasları Kateqoriya:ABŞ hüquqşünasları Kateqoriya:ABŞ bankirləri Kateqoriya:Federal Ehtiyat Sisteminin sədrləri