Ələsgərov Əhməd Lətif oğlu () — Azərbaycan, Moldova SSR, Ukrayna SSR və Tacikistanın əməkdar məşqçisi, SSRİ idman ustası (1963), Azərbaycan milli futbol komandasının ilk baş məşqçisi. Futbolçu karyerasında yarımmüdafiəçi mövqeyində çıxış etmişdir.

"Şərəf nişanı" ordeni ilə təltif edilmişdir (1968).

Karyerası

Klub karyerası Bakı Bədən Tərbiyəsi İnstitunu bitirəndən sonra oyunçu karyerası boyunca 1955–1965-ci illərdə "Neftyannik" (Bakı) komandasında oynamışdır. SSRİ çempionatının yüksək liqasında 115 matç keçirib, 6 qol vurub. 1963-cü ildə fəxri idman ustası adına layiq görülüb.

Məşqçi karyerası "Neftyannik"/"Neftçi" (Bakı) (1966–1970, 1980–1982, 1999–2000), "Pamir" (Düşənbə) (1972), Çernomorets (Odessa) (1973–1977), Krivbas (Krivoy Roq) (1977), Araz (Naxçıvan) (1979), Zimbru (Kişinyov) (1988–1989), Şerif (Tiraspol) (1997–1998) , Bakı (2005–2006) klublarında baş məşqçi vəzifəsində çalışmışdır. "Bakı"da çalışdığ mövsümdə Azərbaycan çempionu titulunu qazanıb.

Portovik (İliçevsk) üçün məşqçi-məsləhətçi vəzifəsində çalışmışdır (1996–1997).

Azərbaycan milli futbol komandasına rəhbərlik etmişdir və milli komandamızın ilk məşqçisi kimi tarixə düşüb. (1992–1993, 1998–2000).

Azərbaycan, Ukrayna, Moldova və Tacikistanın əməkdar məşqçisidir.

Nailiyyətləri 15px Futbol üzrə SSRİ çempionatının bürünc medal mükafatçısı (2): 1966, 1974 — baş məşqçi.

İstinadlar

Xarici keçidlər Футбол сродни музыке — в него нужно играть по нотам. Ахмед Алескеров, бронзовый новатор Черноморца

Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Odessada vəfat edənlər Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:MOİK Bakı FK futbolçuları Kateqoriya:Neftçi PFK məşqçiləri Kateqoriya:Bakı FK məşqçiləri Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:SSRİ Yüksək Liqası futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının məşqçiləri Kateqoriya:Kəpəz PFK məşqçiləri Kateqoriya:SSRİ futbol məşqçiləri Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar məşqçiləri Kateqoriya:Bakılı futbolçular