Ənvər Abbas oğlu Əliyev () — Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sabiq üzvü (2002–2006).

Həyatı Ənvər Abbas oğlu Əliyev 25 yanvar 1951-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində doğulmuşdur. Azərbaycan Pedaqoji İnstitutunda təhsil almışdır.

Aqrar elmlər üzrə fəlsəfə doktoru və dosentdir. O, hal-hazırda AMEA Coğrafiya İnstitutunda şöbə müdiri vəzifəsi daşımaqdadır.

Siyasi fəaliyyəti

Meydan Hərəkatının fəallarından və təşkilatçılarından biri olmuşdur.

Azərbaycanda sovet hakimiyyəti dövründə ilk olaraq nəşr edilən “samizdat” kiab “Vətən” olub. Bu kitab 1988-ci ilin fevral-iyul aylarında gizli olaraq “rotopirin” üsulla nəşr edilib. Kitabı nəşrə hazırlayan və yazıları müəlliflərdən yığıb toplayan, tərtib edən – 17 noyabr mitinqlərinin əsas təşkilatçısı Ənvər Əliyev olub.

1988-ci ilin noyabr ayının 17-də Bakıdakı çoxgünlük mitinqlərin təşkilatçısı kimi Azərb.SSR CM-nin 188-3 maddəsi ilə 1989-cu ilin fevral-iyun aylarında SSRİ Prokurorluğunun xüsusi işlər üzrə istintaq qrupu tərəfindən həbs edilib. 1992-ci ilin noyabrın 19-da həbsdən azad olunub.

26 sentyabr 1992-ci ildə yaradılan Vətəndaş Həmrəyliyi Partiyasının təsisçilərindən və partiya Ali Məclisinin ilk üzvlərindən biri olmuşdur.

2002-ci ildən MSK üzvü kimi fəaliyyət göstərdiyi üçün partiya sıralarından istefa vermişdir.

2012-ci ildə özünün “Meydan sirləri” kitabını yazıb çap etdirmiş, burada Noyabr mitinqləri ilə bağlı faktlar açıqlamışdır.

Mərkəzi Seçki Komissiyasında 28 iyun 2002-ci ildə Vətəndaş Həmrəyliyi Partiyasının təqdimatı ilə Mərkəzi Seçki Komissiyası üzvlüyünə seçilmişdir.

13 iyun 2003-cü ildə növbəti dəfə VHP-nin təqdimatı ilə MSK üzvlüyünə seçilmişdir.

2005-ci ildə parlament seçkilərinin MSK tərəfindən hazırlanmış yekun nəticə protokoluna imza atmamışdır və komissiyanın 15 üzvündən sadəcə 13-nün imzasıyla (Azərbaycan Xalq Cəbhəsi Partiyasının təmsilçisi Mənsum Bayramov da imzalamamışdır) bu protokol Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə təqdim olunmuşdur.

7 fevral 2006-cı ilədək MSK-nın üzvü olmuş, həmin tarixdən MSK yeni tərkibdə təşkil olunarkən VHP tərəfindən namizəd göstərməmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvləri