Tatyanoba — Azərbaycan Respublikasının Masallı rayonunun Güllütəpə kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati — erazi bölgüsü. Məlumat toplusu. Bakı — 2013. 488 səh.
Əhalisi Əhalisi 1387 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.
Toponimiyası Kənd XIX əsrin axırlarında salınmışdır. Əsl adı Tationobadır. Bu coğrafi ad Cənubi Azərbaycandan gəlmiş və muzdla işləyən ailələrə verilmiş tatı adından, talış dilindəki -on cəmlik bildirən şəkilçidən və oba coğrafi terminindən ibarət olub, "tatların obası" mənasındadır. Bəzi məlumatlara görə, sahilində yerləşdiyi Tatyan çayının adı ilə adlanmışdır.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2007, 304 səh.
Həmçinin bax
İstinadlar
Kateqoriya:Masallı rayonunun kəndləri