Jan-Nikolya Paş (; ) — Fransa siyasətçisi. O, Fransa inqilabı dövründə yaşamışdır. Bir vaxtlar jirondist, daha sonra isə yakobin olan Paş hərb naziri və Parisin meri kimi xidmət etmişdir. O, yakobin diktaturasının formalaşmasında mühüm rol oynamışdır.
Həyatı 1792-ci ildə Rolanın sağ əli, sonra isə hərb naziri Servanın baş işçisi olmuşdur. Konvensiya ilə həmin ilin sonunda hərb naziri təyin edilən Paş böyük təşkilatçılıq bacarığı nümayiş etdirsə də, hələ hakimiyyətə çatmamış montanyarlara tərəf meylləndiyi üçün tezliklə tutduğu vəzifədən uzaqlaşdırılmışdır. O, daha sonra Paris şəhərinin meri seçilmiş və Paris kommunasının ən nüfuzlu simalarından birinə çevrilmişdir. 9 termidordan sonra Paş Qvianaya sürgün edilmiş və oradan ümumi amnistiyadan sonra qayıtmışdır. Paris meriyasının binasında ona heykəl ucaldılmışdır.
İstinadlar
Xarici keçidlər
Биография на сайте «Наполеон и революция».
Kateqoriya:Paris merləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri