Xanalıyan və ya Xanalion — Azərbaycan Respublikasının Masallı rayonunun Sığdaş kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Masallı rayonunun Böyük Kolatan kənd Sovetindən Xanalıyan kəndi Sığdaş kənd Sovetinin tərkibinə verilmişdir.

Toponimikası XIX əsrin əvvəllərində Bədəlan kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1870-ci ildə kənddə cəmi 3 ailə yaşamışdır. Bu kəndin əsasını Xanəli adlı şəxsin qoyduğu söylənilir. Oykonim Xanəli şəxs adından və talış dilində cəmlik bildirən -on şəkilçisindən düzəlib, "xanəlilər" mənasındadır.

Coğrafiyası və iqlimi Kənd Lənkəran ovalığında yerləşir.

Əhali 14 may – 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsi, Bədəlan kənd cəmiyyətinə daxil olan Bədəlan kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları KolatanHazırda iki kənddir: Bala Kolatan və Böyük Kolatan və Xanalıyan kəndlərində toplam 201 evdə şiə təriqətli müsəlman talışlardan ibarət 1.358 nəfər (966 nəfəri kişilər, 392 nəfəri isə qadınlar) əhali yaşayırdı.Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г. (Без пагинации ). Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. - 1893 İndiki kənd əhalisi 2451 nəfərdir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Masallı rayonunun kəndləri