Şihabəddin Yəhya Sührəvərdi (; ) — XII əsr İran (fars)=C. E. Butterworth, M. Mahdi, The Political Aspects of Islamic Philosophy, Harvard CMES Publishers, 406 pp., 1992, ISBN 0-932885-07-1 (see p.336)John Walbridge, "The leaven of the ancients: Suhrawardī and the heritage of the Greeks", State University of New York Press, 1999. Excerpt: "Suhrawardi, a 12th-century Persian philosopher, was a key figure in the transition of Islamic thought from the neo-Aristotelianism of Avicenna to the mystically oriented philosophy of later centuries."Seyyed Hossein Nasr, "The need for a sacred science", SUNY Press, 1993. Pg 158: "Persian philosopher Suhrawardi refers in fact to this land as na-kuja abad, which in Persian means literally utopia."Matthew Kapstein, University of Chicago Press, 2004, "The presence of light: divine radiance and religious experience", University of Chicago Press, 2004. pg 285:"..the light of lights in the system of the Persian philosopher Suhrawardi"Hossein Ziai. Illuminationsim or Illuminationist philosophy, first introduced in the 12th century as a complete, reconstructed system distinct both from the Peripatetic philosophy of Avicenna and from theological philosophy. in: Encyclopaedia Iranica. Volumes XII & XIII. 2004. və AzərbaycanHilmi Ziya Ülken – İslam felsefesinin kaynakları ve tesirleri. Ankara, 1967В.А.Гордлевский. Избранные сочинения. 1 т., Москва, 1960 filosofu, sufi, İşraqilik fəlsəfi məktəbinin banisi. İslam mistisizminin ən mühüm nümayəndələrindən biri olan Sührəvərdi eyni zamanda "Şeyx əl-Məqtul" və "Şeyx əl-İşraq" ləqəbləriylə də tanınmışdır.

Şihabəddin Yəhya Sührəvərdinin onlarla əsərinin müxtəlif tarixdə köçürülmüş yüzə yaxın əlyazma nüsxəsi dünyanın otuzdan çox kitabxanası, əlyazmaları fondunda saxlanılır. Onların əksəriyyəti AMEA Əlyazmalar İnstitutunda, Sankt-Peterburqda Şərqşünaslıq İnstitutunda, Türkiyədə Sultan Fateh, Yusif Ağa, Əsəd Əfəndi, Saray III Əhməd, Raqib, Rza Paşa, Aşir, Cərullah, Aya Sofiya Muzeyi, İstanbul universiteti, Laləli, Nuri Osmaniyyə, Emniyyə, Şəhid Əli Paşa kitabxanalarında, İranda Astan-qüds Rəzəvi, Səltənət, Milli, Şura Məclisi, Tehran Universiteti, Sepəhsalar ali mədrəsəsi, Firdovsi milli kitabxanalarında, Suriyada Zahiriyyə, Misirdə Xidiviyyə, Dar əl-kütub, Bələdiyyə kitabxanalarında, İraqda Bağdad universiteti kitabxanasında, Hindistanda Bankipur kitabxanasında, İngiltərədə Britaniya muzeyi kitabxanasında və Fransada Paris Milli Kitabxanasında saxlanılır.

Adı Şihabəddin filosofun ləqəbidir. Şəmsəddin Şəhrəzuri "Şihab əl-millə və-l-haqq və-d-din" (millətin, haqqın və dinin axan ulduzu) yazır.Shams al-Din Shahrazuri – Sharh-i Hikmat al-Ishraq, critical ed., intro. and notes H. Ziai, Tehran: Mu’assasah-yi Mutali‘at wa Tahqiqat-i Farhangi Əleyhdarları isə sadəcə Şihab (əş-Şihab – axan ulduz) yazırlar. Filosofun künyəsi Əbülfütuh "Qələbələr atası" mənasını verir. Sührəvərdinin öz adı isə mənbələrdə müxtəlif şəkildə qeyd edilmişdir. Bu məsələ ilə xüsusi maraqlanan ibn Xəllikan onun haqqında yazır: "Deyilmişdir: onun adı Əhməddir, deyilmişdir onun künyəsi, yəni Əbülfütuh elə onun adıdır." Həkim Əbülabbas Əhməd ibn Əbi Useybiə Xəzrəci "Təbiblərin təbəqələri" kitabında qeyd etmişdir ki, həmin Sührəvərdinin adı Ömərdir, atasının adını isə qeyd etməmişdir.Ibn Abi Usaibia – History of Physicians (عيون الأنباء في طبقات الأطباء — ʿUyūn ül-Ənbāʾ fī Ṭəbaqāt ül-Əṭibbāʾ)

Zəkəriyyə QəzviniЗАКАРИЙА' АЛ-КАЗВИНИ — АДЖА'ИБ АЛ-МАХЛУКАТ ВА ГАРА'ИБ АЛ-МАУДЖУДАТ (أبو يحيئ زكريا بن محمد القزويني) və onun kitabının şərhçisi Əbdürrəşid Bakuvi,Абд ар-рашид ал-Бакуви — УКАЗАТЕЛЬ ГЕОГРАФИЧЕСКИХ НАЗВАНИЙ, НЕ ВЗЯТЫХ ал-БАКУВИ ИЗ СОЧИНЕНИЯ ал-КАЗВИНИ həmçinin Səlahəddin SəfədiDas Biographische Lexikon Des Salahaddin Halil Ibn Aibak As-Safadi. Kitab Al-Wafi Bil Wafiyyat, Lebanon, Beirut, 2004 Şihabəddin Sührəvərdinin adının Məhəmməd olduğunu yazmışlar. Qütbəddin Şirazi filosofun adının Ömər olduğunu qeyd etmişdir.Qutb al-Din al-Shirazi – Sharh Hikmat al-ishrāq, Teheran, 1897 AMEA-nın müxbir üzvü Z. C. Məmmədov filosofun öz şagirdi Şəmsəddin Şəhrəzuri və Yaqut Həməviyə istinad edərək filosofun ləqəbi, künyəsi, adı, atasının və babasının adı və nisbəsini Şihabəddin Əbülfütuh Yəhya ibn Həbəş ibn Əmirək Sührəvərdi olduğunu qeyd edir.Z. Məmmədov – Şihabəddin Yəhya Sührəvərdi (həyatı, yaradıcılığı və dünyagörüşü), Bakı, Elm, 2009

Etnik mənşəyi Sührəvərdi (əs-Sührəvərdi) nisbəsi filosofun Sührəvərdə mənsubluğunu bildirir. Mənbələrdə göstərilir ki, Sührəvərd Zəncan şəhəri yaxınlığında kiçik yerdir, Zəncan isə Azərbaycanda, Cibal (əl-Cibal) nahiyyəsindədir.Şəmsəddin Zəhəbinin — əl-Müştəbəh fi əsma ər-rical, Catalogue of Microfilm of the Persian and Arabic Manuscripts (Vol. I) Tədqiqatçılardan Hilmi Ziya Ülkən Sührəvərdinin Azərbaycanda doğulduğunu,Hilmi Ziya Ülken – İslam felsefesinin kaynakları ve tesirleri. Ankara, 1967. səh. 188

Əksər tədqiqatçıların əsərlərində filosofun fars olduğu qeyd edilir.John Walbridge, "The leaven of the ancients: Suhrawardī and the heritage of the Greeks", State University of New York Press, 1999. Excerpt: "Suhrawardi, a 12th-century Persian philosopher, was a key figure in the transition of Islamic thought from the neo-Aristotelianism of Avicenna to the mystically oriented philosophy of later centuries."Matthew Kapstein, University of Chicago Press, 2004, "The presence of light: divine radiance and religious experience", University of Chicago Press, 2004. pg 285:"..the light of lights in the system of the Persian philosopher Suhrawardi"

V. A. Qordlevski isə onun etnik mənşəcə azərbaycanlıВ.А.Гордлевский. Избранные сочинения. 1 т., Москва, 1960, стр.206 olduğunu yazmışlar. Zakir Məmmədov və Malik Mahmudov da filosofun etnik mənşəcə azərbaycanlı olduğunu qeyd etmişlər. Eyni zamanda, bəziləri tərəfindən kürdMuḥammad Kamāl, Mulla Sadra's Transcendent Philosophy, Ashgate Publishing Inc, 2006 mənşəli olması da göstərilmişdir.

Həyatı

Doğum tarixi Şihabəddin Sührəvərdinin doğum tarixi haqqında müxtəlif məlumatlar vardır. Tədqiqatçılar filosofun doğum ilinin müəyyənləşdirilməsi məsələsində onun ölüm tarixinə istinad edirlər. Lakin alimin ölüm tarixi müxtəlif illərə istinad verildiyi kimi, onun yaşının da hicri hesabı ilə 36, 38, 40 və 50 il olduğu ehtimal edilmişdir. AMEA-nın müxbir üzvü Z. C. Məmmədov yazır: "Şihabəddin Sührəvərdinin yalnız gənc (əş-şəbb) adlandırılması faktı göstərir ki, o, ən çox 38 il yaşamışdır. 587-ci hicri ilindən 38 il çıxdıqda mütəfəkkirin təqribən 549-cu (1154-cü il) ildə doğulduğu müəyyənləşdirilmiş olar."

Gəncliyi və təhsili Filosofun həyatının Sührəvərd dövrü haqqında tarixi mənbələrdə məlumat az olsa da imkanlı ailədə böyüdüyü qeyd edilir. Sührəvərdi "kiçik yaşlarında elm və fəlsəfə öyrənmək üçün Marağaya getmiş, orada Məcdəddin Cilidən təhsil almışdır." İbn Xəllikan Şəmsəddin Şəhrəzuri və Yaqut Həməvinin bu məlumatlarına əlavə edərək yazır ki, Sührəvərdi "fəlsəfənin və fiqhin əsaslarını hər iki sahədə məşhur olana qədər Azərbaycan əyalətlərindən Marağa şəhərində Şeyx Məcdəddin Cilinin yanında oxumuşdu." Şihabəddin Sührəvərdi sonra İsfahan şəhərinə səfər etmiş, orada Zəhirəddin Farisinin yanında peripatetik filosof İbn Səhlan Savinin "Bəsirətlər" (əl-Bəsair) kitabını oxumuşdur.

Səfərləri Şəmsəddin Şəhrəzuri öz müəlliminin "çoxlu yerlərə səfər etdiyini" xəbər verir. Şihabəddin Sührəvərdi Azərbaycanın, ümuniyyətlə Yaxın və Orta Şərq ölkələrinin mühüm şəhərlərini, o cümlədən Ərdəbil, Miyanə, Diyarbəkir, Harput, Konya, Sivas, Mardin, Bağdad, Dəməşq və Hələbi gəzmişdir. Sührəvərdi öz elmi-fəlsəfi fikirlərini ən çox Kiçik Asiyada yaya bilmişdi. O, Rum Səlcuqlu dövlətinin hökmdarı İzzəddin Qılıc Arslanın (1156–1188) rəğbətini qazanmış və onun uşaqlarına (Süleyman, Börküyarıq və Məlikşaha) dərs demişdir.

İlk mənbələr Şihabəddin Sührəvərdinin sufilərlə əlaqəsinə də diqqət yönəldir, onun gəzib-dolaşdığı müxtəlif ölkələrdə sufi mütəfəkkirlərlə görüşdüyünü təsbit edir. Şəmsəddin Şəhrəzuri müəllimini təsəvvüfdə Əbuyəzid Bistami və Hüseyn ibn Mənsur Həllac ilə həmməslək saymışdır. Bəzi müəlliflər filosofun qələndəri sufi ordeninə mənsubluğunu söyləmişlər. Şihabəddin Sührəvərdinin tərcümeyi-halından söhbət açan müəlliflər bir qayda olaraq onun dünya işlərinə laqeydliyini, ətrafda baş verən hadisələrə etinasızlığını xüsusi hal kimi qeyd edirlər. Zəkəriyyə Qəzvini yazır ki, Şihabəddin Sührəvərdi "dünyanı tərk edən filosof, alim, möcüzələr və qərib işlər sahibi idi. O, adamlardan ayrılıb riyazətlə məşğul olardı." Filosof eyni zamanda dünyəvi elmlərlə ciddi məşğul olan alim kimi təqdim edilir. İbn əl-İmad Hənbəli yazır: "Sührəvərdi Şihabəddin Yəhya ibn Həbəş ibn Əmirək Adəm övladlarının zəkalılarından biridir. Dəqiq elmləri bilməkdə başçı, kəlam elmində mahir, mühakiməli disputçu, zühdlə məşğul, alimləri saymayan, dinin qullarına istehza edəndir."Aḥmad ibn ‘Imād al-Dīn Risālah fī ṣinā‘at al-iksīr

Şihabəddin Sührəvərdinin orta əsrlərdə Şərq ölkələrində geniş yayılmış sehrkarlıq, sehr elmi (elm əs-simya) ilə məşğul olduğunu iddia edənlər də vardır. İbn Əbi Üseybiə yazır: "Şihabəddin Sührəvərdi haqqında nəql edilir ki, o sehr elmini bilirdi. Bu fəndən onda müşahidə olunmuş qeyri-adi əhvalatlar mövcuddur."

Şihabəddin Sührəvərdi azadfikirlilik meyllərinə, yüksək fəlsəfi ideyalarına görə müsəlman şərqi ölkələrində, habelə Əndəlüsdə tanınmış, böyük şöhrət tapmışdır. Onun əsərlərinin şöhrəti yayıldıqca özünə həm dostlar, həm də düşmənlər qazanmışdır. Şəmsəddin Şəhrəzuri alimlərin Şihabəddin Sührəvərdiyə mənfi münasibətini onların onu dürüst dərk edə bilməmələri ilə izah etmişdir. O, yazır ki, Şihabəddin Sührəvərdinin "kəlamını anlamaqda çətinlik çəkdikdə ona tənə etmişlər."

Ölümü thumb|right|230px|Şihabəddin Yəhya Sührəvərdinin türbəsi (Hələb, Suriya) Şihabəddin Sührəvərdi Mardində öz dostlarından Fəxrəddin Mardini və onun şagirdlərindən ayrıldıqdan sonra Hələbə yollanmışdı. Filosof 1183-cü (579) ildə şəhərə daxil olub Hələviyyə mədrəsəsinə gəlmişdi. O, mədrəsənin şeyxi Şərif İftixarəddinin dərslərində oturur, fəqihlərlə və başqa ixtisas sahibləri ilə görüşürdü. Filosof burada disput məclislərində, diskussiyalarda iştirak edirdi.

Orta əsr ərəb mənbələrində qeyd edilir ki, Şihabəddin Sührəvərdi Hələviyyə mədrəsəsində fiqh, kəlam və fəlsəfəyə dair məsələlər ətrafında keçirilən müzakirələrdə yüksək fəallıq göstərmişdir. Şeyx İftixarəddin filosofun qeyri adi istedadını, geniş elmi qabiliyyətini yüksək qiymətləndirmiş, dərin rəğbətini gizlətmədən onu başqalarından fərqləndirmişdir. Həmin vaxtdan etibarən bəzi hüquqşünas sxolastlar ona zidd çıxmış, düşmən münasibətində olmuşlar.

Həmin dövrdə Hələb şəhərinin hakimi Misir, Yəmən və Suriyanın hökmdarı sultan Səlahəddin Əyyubinin (1169–1193) oğlu əl-Məlik əz-Zahir Ğazi (1186–1215) idi. Şihabəddin Sührəvərdinin şöhrətini eşidən hakim filosofu dəvət edib, onun şərəfinə böyük şəxslərdən – fəqihlərdən, mütəkəllimlərdən, müxtəlif sahələr üzrə adlı-sanlı alimlərdən ibarət məclis düzəldir. Mənənbələrdə deyilir ki, aparılan disputun nəticəsi olaraq Sührəvərdi öz dərin mühakimələri və inandırıcı sübutları ilə fəqihlərə, mütəkəllimlərə qalib gəlir.

Yaqut Həməvi yazır: "Şihabəddin Sührəvərdi öz məntiqi mühakimələri, sübutları, dəlilləri ilə onlara qalib gəldi. Fəziləti Məlik Zahirə bəyan oldu. Hakim onu özünə yaxınlaşdırdı, qəbul etdi, başqalarından fərqləndirdi. Rəqiblərinin Şihabəddin Sührəvərdiyə qarşı qeyzi artdı, onu dinsizlikdə və zındıqlıqda ittiham etdilər."Yaqut al-Hamavi – Mu'jam al-udabā', (معجم الأدباء) İbn Xəllikan da bu faktı təsdiq edərək yazır: "O, əqidə pozğunluğu və dinsizlik üstündə ittiham olunmuşdu. Onun haqqında deyilmişdi ki, o, şəriət qanunlarına zidd getmişdi."