Qəzvinoba — Azərbaycan Respublikasının Masallı rayonunun Türkoba kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Masallı rayonunun Türkoba kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qəzvinoba kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Əhalisi Kənd əhalisi Cənubi Azərbaycanın Qəzvin şəhərindən gəlmədir. Kəndin adı da buradan gəlir.
14 may – 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsi, Boradigah kənd cəmiyyətinə daxil olan Boradigah kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları Qəzvinoba, Şatıroba, Babaser, Mollaoba və Tüklə kəndlərində toplam 291 evdə şiə təriqətli talışlardan ibarət 2.628 nəfər (1.508 nəfəri kişilər, 1.120 nəfəri isə qadınlar) əhali yaşayırdı.Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г. (Без пагинации ). Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. — 1893
Hazırda kənd əhalinin sayı 1398 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Masallı rayonunun kəndləri