III David Kuropalat (, Davit III Kuropalati) və ya III Böyük David (, David III Didi), həmçinin sadəcə II David () — 994-cü ildən Tao-Klarceti kuropalatı.
Həyatı David Baqration ailəsinin nümayəndəsi kuropalat V Adarnasenin oğlu idi.Гусейнов, Р. А. (1974) Сирийские источники по истории Закавказья X—XIV веков. Историко-филологический журнал, № 2 . pp. 47—54. O, Bizans imperiyasının siyasi hadisələrində fəal iştirak etmiş və Bizansa əhəmiyyətli xidmət göstərmişdir. David Kiçik Asiyada üsyan edən Varda Sklirin məğlub edilməsində iştirak etmişdir. David 996-cı ildə Manazkerti müsəlmanlardan alıb orada öz qarnizonunu qurmuşdur. Davidin uğurlarından qıcıqlanan qonşu müsəlman əmirləri birləşərək ona qarşı çıxmışdılar. David buna cavab olaraq, Abxaziya çarı III Baqratdan, Ani şəhərinin hakimi Qagikdən, Qars hökmdarı II Qagik-Abasdan kömək istəmiş və Ərməniyyənin müsəlman hökmdarı Məmlunun başçılıq etdiyi müsəlman ordusunu məğlub etmişdir. Erməni tarixçisi Stepanos Taronetsi David haqqında yazmışdır:
David zəhərlənərək öldürülmüşdür. O, vəfat etməzdən əvvəl Bizans sərhədlərinə bitişik olan mülklərinin bir hissəsini Bizans imperatoru II Vasiliyə vəsiyyət etmişdir. Bunun nəticəsində II Vasili ilə Gürcüstan çarı I Georgi arasında şiddətli müharibə baş tutmuşdur. David gürcü yazı və maarifinin himayədarı kimi tanınır. Davidin dövründə indiki Gürcüstanın cənubunda bir neçə məbəd ucaldılmışdır.
İstinadlar
Kateqoriya:Baqrationlar Kateqoriya:Gürcüstan hökmdarları Kateqoriya:Kuropalatlar