Mehdiyyə üsyanı və yaxud İngiltərə-Sudan müharibəsi (; 1881–1899) — Sudanda özünü "Mehdi" (Məsih) elan edən Məhəmməd Əhmədin başçılıq etdiyi üsyan. Hərəkat üsyan kimi başlasa da, sonradan Məhəmməd Əhməd bin Abdullanın ardıcılları ilə əvvəlcə Misir xidivliyi qüvvələriylə sonra isə İngiltərə ordusu arasında genişmiqyaslı müharibəyə çevrilib. On səkkiz illik müharibə Britaniya imperiyasının və Misir krallığının de-yure kondominiumu olan İngilis-Misir Sudanının (1899-1956) nominal olaraq birgə idarə olunması ilə nəticələndi. Bu zaman İngiltərə Sudan üzərində faktiki nəzarətə malik idi. Mehdiyyəlilər Sudanın qonşularına qarşı bir neçə uğursuz hücum həyata keçirdilər. Bununla onlar münaqişənin miqyasını təkcə Britaniya və Misiri deyil, həm də İtaliya krallığı, Konqo Azad Dövləti və Efiopiya imperiyasını əhatə edəcək şəkildə genişləndirdilər.

Britaniyanın müharibədə iştirakı Sudan kampaniyası adlanır. Tarixşünaslıqda bu müharibə digər adlara da malikdir - Mehdiyyə üsyanı, İngilis-Sudan müharibəsi və Sudan Mehdiyyəsi üsyanı. Tarixi Tarixi və üsyanın səbəbləri 250px|thumb|right|Məhəmməd Əhməd 1819-cu ildə Məhəmməd Əli tərəfindən fəth edildikdən sonra Sudan Misir administrasiyası tərəfindən idarə edilirdi. XIX əsrin ikinci yarısında Sudanda Böyük Britaniyanın təsiri artdı. Misir xədivi ingilis, general Çarlz Corc Qordonu Sudanın general-qubernatoru təyin etdi.

Dini lider Məhəmməd Əhməd (Məhəmməd ibn Abdullah) 1881-ci ildə özünü “Mehdi” elan etdi və türk-Misir bürokratiyasına qarşı üsyana rəhbərlik etdi. Mehdi vergilərin ləğvini elan etdi osmanlılara və misirlilərə qarşı müqəddəs müharibə (cihad) üçün ordu yaratmağa başladı. Qərbi və mərkəzi Sudanın tayfalarını birləşdirməyə çalışdı.

1881-ci ilin mayında Misir hakimiyyət orqanları izahat almaq üçün Məhəmməd Əhmədi Xartuma çağırdılar. Lakin o, tələbi yerinə yetirməkdən imtina etdi. Sudan general-qubernatoru Rauf Paşa (Misir) Mehdi ilə bağlı məlumatı ciddiyə almayaraq üsyanı yatırmaq üçün cəmi iki bölük əsgər göndərdi. Avqustun 11-də müxtəlif istiqamətlərdən hərəkət edərək Mehdinin yerləşdiyi iddia edilən Əba adasına iki istiqamətdən daxil oldular. Bölüklər gecə vaxtı bir-biri ilə qarşılaşdılar və bu zaman onlar qarşılarında düşmən olduğuna qərar verərək öz aralarında döyüşməyə başladılar. Odlu silahı olmayan mehdiçilər hava qaralana qədər gizləndilər. Abdullann dəstəsi Misir bölüyünü qəfil yaxaladı və darmadağın etdi. Bu uğur üsyançıların əhval-ruhiyyəsini yüksəltdi, tərəfdarlarının sayını artmasına gətirib çıxardı. Üsyanın gedişi 250px|thumb|left|Abu Klea döyüşü Misir hakimiyyət orqanlarının növbəti təqiblərindən qorxan Məhəmməd Əhməd və tərəfdarlarının bir hissəsi (ənsarlar) 1881-ci ildə bir sıra şəhərləri işğal edərək Kordofana getdilər. Yol boyu onlara kəndlilər, köçərilər, sənətkarlar və qaçaq qullar da daxil olmaqla bir çox şəxslər qoşuldu. Mehdinin fəaliyyətini Sudan qəbilələrinin bəzi rəhbərləri, eləcə də ərəb qul tacirləri dəstəkləyirdi. Çünki, onlar Misir hakimiyyətinin Britaniyanın tələbi ilə qul ticarətini qadağan etməsindən narazı idilər. 1882-ci ilin sentyabrına qədər Sudanın yalnız Bira və El-Obeyid şəhərləri bu bölgəsindəki ingilis-Misir qoşunlarının nəzarəti altında qaldı. Lakin onlar da 1883-cü ilin əvvəlində Mehdiyyəlilərə təslim oldu.

Tədricən qiyam Darfur, Ekvatoriya və Bəhr əl-Qəzal əyalətlərinə yayıldı. Şeykanda 8000 nəfərlik Misir dəstəsini məğlub etdikdən sonra Mehdiyyəlilər Darfuru fəth etdilər. General-qubernator Rauf Paşa heç bir nəticə çıxarmadan üsyanı yatırmaq üçün Cebel Kadir və Faşo (Kodok) hakimi Yusif Paşanın komandanlığı ilə 4000 döyüşçü göndərdi. Lakin Misir ordusu səhrada gedən döyüşlərin xüsusiyyətlərini nəzərə almadı və Məhəmmədin ordusu taktiki cəhətdən bacarıqlı şəkildə döyüşdən yayındı. Mehdiyyəlilər vaxtaşırı kiçik hücumlarla Yusif Paşanın qüvvəsini tükətmək taktikasını seçdilər. İçməli sus qıtlığından əziyyət çəkən hökumət qoşunları sonda məğlub oldu. Faşodadan göndərilən Misir dəstəsi 1881-ci il dekabrın 9-na keçən gecə pusquya düşdü və darmadağın edildi. Üsyançılar çoxlu silah-sursat, hərbi geyim və digər ləvazimat ehtiyatlarını ələ keçirdilər.

Yusif Paşa üzərində qələbə ümumi üsyana səbəb oldu. Sudanın bütün əhalisi Məhəmməd “Mehdini” kimi tanıdı. Sudanda Misirin hakimiyyəti devrildi. Misirin Sudanı itirməsi, həmçinin Böyük Britaniya ilə bəzi fikir ayrılıqları onların arasında hərbi münaqişəyə gətirib çıxardı. Misir Süveyş kanalından ingilis gəmilərinin keçməsi üçün öz şərtlərini qoydu. Belə vəziyyət isə ingilis kraliçasını qane etmirdi. Qısa müddət sonra Misir işğal edildi və ingilis protektoratına çevrildi.

Məhəmməd Əhməd Məhəmməd peyğəmbərin həyatı ilə paralellər apararaq hərəkatını legitimləşdirdi. O, öz ardıcıllarını Mədinədə Peyğəmbəri qarşılayan insanların şərəfinə ənsar adlandırdı, ingilislərdən qaçmasını isə Peyğəmbərin qureyşlərdən getməsi ilə müqayisə edərək hicrət adlandırdı. Məhəmməd Əhməd həmçinin dörd saleh xəlifədən üçünü təmsil etmək üçün sərkərdələr təyin etdi. Məsələn, o, onun varisi olan Abdullah ibn Məhəmmədi peyğəmbərin varisi (xəlifəsini) Əbu Bəkr əs-Sidiqi təmsil etdiyini elan etdi.

1883-cü ilin fevralında üsyançılar Kordofan əyalətinin inzibati mərkəzi olan Əl-Obeyidi işğal etdilər.

1883-cü ilin payızında ingilis generalı Uilyam Hiksin komandanlığı altında Misir ekspedisiya ordusu Xartumda cəmləşmişdi. Onun tərkibində - 7000 piyada, 900 süvari, yarım nizamsız (başi-bazuklar) dəstəsi, 14 top daxil idi. Korpusu 2000 xidmətçi də müşayiət edirdi. Hiksin pis hazırlıqlı və zəif motivasiyalı Misir əsgərlərindən narazı olmasına baxmayaraq, general döyüşə getməyə məcbur oldu. Uinston Çörçillin sözlərinə görə general Hiksin ordusu “bəlkə də indiyə qədər müharibəyə gedən ən pis ordu idi". Ordu maaşsız, təlimsiz və intizamsız şəkildə qurulmuşdu. Bu səbəbdən əsgərlərinin zabitlərindən daha çox düşmənləri ilə ortaq cəhətləri var idi.. 1883-cü ilin noyabrında Əl-Obeyid yaxınlığında zəif silahlanmış ənsarlar Hiksin qoşunlarını məğlub etdilər. Döyüşdən yalnız 500-ə yaxın misirli sağ çıxa bildi..

1883-cü ilin dekabrında Darcurun müdafiəsinə cavabdeh olan keçmiş Avstriya zabiti Slatin Paşa təslim oldu. 1884-cü ilin mart-aprel aylarında Berbera və Donqola bölgələrində üsyanlar baş qaldırdı.

General Qordon 300px|thumb|right|13 mart 1884-cü il, Sudanın şərqindəki Tamai döyüşü Misir hakimiyyəti mehdiyyəlilərə qarşı yeni qüvvələr toplamaq qərarına gəldi, lakin ingilislər onları fikrindən daşındırdılar. 1884-cü il yanvarın 8-də Britaniya hakimiyyəti general Qordona Xartumda mühasirəyə alınan misirlilərin təxliyə əməliyyatına rəhbərlik etmək tapşırığı verdi. 1884-cü il fevralın 18-də Xartuma gəldikdən sonra Qordon Məhəmməd Əhmədə onu Kordofan hökmdarı kimi tanımaq, qul alverinə icazə vermək və onunla ticarət əlaqələri qurmaq müqabilində əsirləri azad etmək təklifini irəli sürdü.Strachey, Lytton (1918), Eminent Victorians , pp. 194 & 199 Məhəmməd Əhməd onun təklifini rədd etdi və avqustun 22-də ordusu ilə Xartum üzərinı yeridi.

Sudanın şərqində, Qırmızı dənizin yaxınlığında Misir hökuməti daha bir üsyan ocağına - özünü Mehdinin davamçısı elan edən Osman Dinya tərəfindən toplanan ordunu darmadağın etməyə çalışırdı. Osman Dinya Tornaçı şəhərini mühasirəyə aldı. İngilis zabiti Valentin Beykerin komandanlığı altında 3500 misirli əsgərdən ibarət hərbi dəstə şəhəri blokadadan çıxardı. Cəmi min üsyançı ilə Dinya 1884-cü il fevralın 4-də qəfil hücuma keçdi və Beykerin dəstəsini tamamilə darmağın etdi. Tezliklə o, Tornaçısı da ələ keçirdi. Şəhər qarnizonu bütünlüklə qılıncdan keçirildi. 250px|thumb|right|Qordonun öldürülməsi Buna cavab olaraq, ingilislər tələsik general Cerald Qrehamın komandanlığı altında ümumBritaniya ekspedisiya qüvvələri yaratdılar. 29 fevral 1884-cü ildə Qrem Əl-Təb döyüşündə Mehdiyyəlilərlə qarşı-qarşıya gəldi. Döyüşün nəticəsi Mehdiyyəlilərin tam məğlubiyyəti oldu.

Əl-Təbdəki qələbəyə baxmayaraq, Qrem başa düşdü ki, Dinyanın əsas qüvvələri hələ də döyüş qabiliyyətinə malikdir. Belə ki, Mehdiyyəlilər yerli əhali arasında geniş dəstəyə malikdirlər. Qrehamın ikinci ekspedisiyası nəhayət Mehdiyyəliləri məğlub etmək üçün 10 mart 1884-cü ildə Suakindən yola düşdü. Martın 13-də Tomai döyüşü baş verdi. Bu döyüşdə ingilislər böyük itki versələr də qalib gəldilər. İngilislər bu məğlubiyyətin Osman Dinyanın nüfuzuna ciddi zərbə vuracağına ümid edirdilər. Lakin bu baş vermədi və Qrehemin qoşunları Sudanı tərk etdikdən sonra o, tədricən öz qüvvəsini bərpa etdi.Spiers Edward M.(2005), Dervishes and Fanaticism: Perception and impact, in Hughes M. and Johnson G., Fanaticism and Conflict in the Modern Age, Cass Series—Military History and Policy. Available here

Qordon oktyabr ayından Mehdiyyəlilər tərəfindən mühasirəyə alınan Xartumun müdafiəsini təşkil etməyi bacardı. Lakin o, vaxtında Böyük Britaniyadan və Emin Paşadan əlavə yardım ala bilmədi.

İctimai rəyin təzyiqi altında Britaniya hakimiyyəti Xartumu blokadadan çıxarmaq üçün ekspedisiya göndərmək qərarına gəldi. Onun komandanlığı general Garnet Vulzliyə həvalə edildi. Vulzliyin ekspedisiya qüvvəsi əvvəlcə dəvələrə minmiş cəmi 1100 nəfərdən ibarət idi. 1884-cü il dekabrın 30-da o, Xartuma doğru yürüşə başladı. Lakin ekspedisiya çox yavaş hərəkət edirdi, çünki, ona Nil çayının daşqınları mane olurdu. Yürüş zamanı dəstə daha 800 nəfər ilə gücləndirildi. 1885-ci il yanvarın 17-də Abu-Kleya quyularının yanında ingilisləri Mehdiyyəlilərin ordusu qarşıladı. Ağır döyüş oldu. Abu Klea döyüşü ingilislər qalib gəldi. Lakin onların itkiləri bütün ekspedisiya qüvvələrinin demək olar ki, yarısını təşkil etdi.

1885-ci il yanvarın 25-dən 26-na keçən gecə Mehdiyyəlilər Xartumu ələ keçirdilər. Nəhayət, ingilis qoşunları (Nil Ekspedisiyası) Qordonu xilas etmək üçün Xartuma yaxınlaşdıqda, şəhər on aylıq mühasirədən sonra artıq alınmışdı. Şəhərin müdafiəsinə başçılıq edən general-qubernator Çarlz Qordon sarayının pilləkənlərində öldürüldü. Mehdiyyəlilər onun başı kəsdilər.A Prisoner of the Khaleefa - Ten Years Captivity at Omdurman (Chapman and Hall, 1899), Chapter XXV – How Gordon Died, pp. 300–324, and Appendix 2, pp. 334–337 Garnet Vulzlinin tükənmiş ekspedisiya qüvvəsi geri qayıtdı. Ağır zəhmətlə yığılıb çatdırılan azuqə və ehtiyatlar Nil çayında batırıldı.

Mehdiyyə dövləti 250px|thumb|left|Mehdiyyə ordusunun döyüşə apardığı döyüş nişanı. Omdurmandan, 1898 ci il, Kelvinqrov İncəsənət Qalereyası və Muzeyi, Qlazqo, Böyük Britaniya. 1929-cu ildə Miss Victoria MakBin tərəfindən hədiyyə verilib. 1885-ci ilin martında ingilislər yenidən Osman Dinya qüvvələrinə qarşı Suakinli Qrehamın rəhbərliyi altında qoşun göndərdilər. 1885-ci il martın 22-də Tofrek döyüşü baş verdi. Döyüşdə mehdiyyətlər cəsur şəkildə döyüşsələrdə məğlub oldular. Lakin bundan sonra 1898-ci ilə qədər ingilislər mehdiyyətlərə qarşı heç bir tədbir görmədilər.

Məhəmməd Əhməd Omdurmanı öz paytaxtı elan etdi. 1885-ci ilin yayında Qırmızı dəniz sahilindəki Suakin limanı və şimalda Halfa Vadisi istisna olmaqla, demək olar ki, bütün ölkə onun nəzarətinə keçdi. Məhəmməd Əhmədin qurduğu rejim (Mehdiyə) ənənəvi İslam hüququna və şəriət məhkəmələrinə əsaslanırdı. İman şəhadətinə Mehdiyə inam və Məhəmməd Əhmədin “peyğəmbərin vəlisi” və “Məsih” (Allahın Mehdisi) elan edilməsi daxil idi. Məkkəyə həcc ziyarəti (həcc) müqəddəs müharibədə (cihad) iştirakla əvəz olundu. Məcburi sədəqə (zəkat) dövlət vergisinə çevrildi. Sudan knyazlıqlarının və tayfalarının sərbəst ittifaqı qəbilə zadəganlarının rəhbərlik etdiyi mərkəzləşdirilmiş teokratik dövlətə çevrilirdi.