Dıxtau (, – türkcə "dik dağ" sözündən götürülüb, kələ-kötür dağ deməkdir) — Rusiyada, Kabarda-Balkar Respublikasında, Böyük Qafqazın mərkəzi hissəsində yerləşən Elbrusdan sonra ən yüksək zirvə. Hündürlüyü 5204 metrdir. Kristallik süxurlardan ibarətdir. Şərq yamacından mürəkkəb Dıxsu dərə buzlağı (sahəsinə görə Qafqazda Bezengi buzlağından sonra ikinci) enir.

Dırmanış və fəth Dıxtauya ən yaxşı şəkildə şimaldan (Rusiya) daxil olmaq olar. Bezingi alpinist düşərgəsi hündürlükdə yerləşir.

Zirvə ilk dəfə 1888-ci ildə Albert Mammeri və Henrix Zurfluh tərəfindən fəth edilmişdir.

Kiril əlifbası ilə yazılmış müxtəlif sovet hərbi xəritələrini internetdə tapmaq olar və bu xəritələrdən ikisi Dıxtau ərazisini əhatə edir.

İstinadlar

Kateqoriya:Rusiya dağları Kateqoriya:Qafqaz Kateqoriya:Dağ zirvəsi – beşminliklər