"Alice" () — Kanadalı söz yazarı-bəstəkar Avril Ramona Lavinə məxsus, gitara və piano müşayiətində, G major miqyaslı rok balladası. Mahnı 2010-cu ildə ekranlaşdırılan "Alis möcüzələr diyarında" filminin əsas saundtreki olaraq musiqi tənqidçiləri tərəfindən müsbət rəğbətlə qarşılanmışdır.

Mahnı "Alice" mahnısının sözləri və bəstəsi, ifaçısı Avril Lavinə məxsusdur. Buç Valker əsərin musiqi prodüseri vəzifəsinə üstlənmişdir.

Mahnının musiqi videosu, 2010-cu ildə ekranlaşdırılan "Alis möcüzələr diyarında" filminin süjet xətti ətrafında qurulmuşdur. İfaçı adi bir gündə, bəyaz dovşanın iziylə meşəyə tərəf yollanır və qəfil diqqətsizlik səbəbilə böyük çuxura yıxılır. Bu çuxur "Möcüzələr ölkəsinin qapısı"dır. O, çuxurdan xilas olmağa çalışarkən özünü möcüzələr diyarında tapır və onu ilk olaraq Papaqçı(Conni Deppin canlandırdığı) çay süfrəsində qarşılayır. Ona verilən mühüm vəzifə, təhlükədə olan "Möcüzələr ölkəsini" eybəcərlər ordusundan xilas etmək və düşmənlərə qalib gəlməkdir.

"Alice" mahnısının sözlərində yer alan: "Mən özümü möcüzələr ölkəsində tapıram, bu o deməkdir ki, bir də heç vaxt ağlamayacam. Məğlubiyyət olmayacaq və sonuna qədər savaşacam. Bu gün dua etməyə başladığım gündür və mən mütləq qalib gələcəyəm!" kimi cümlələr, musiqi mütəxəssisləri tərəfindən müsbət rəylər almışdır.

Buraxılış tarixi

Ərazi Tarix Etiket Format Şimali Amerika Buena Vista Radio vasitəsilə Rəqəmsal yükləmə Avstraliya Avropa Walt Disney (Europe) Almaniya CD

Beynəlxalq arenada

"Alice" mahnısı yayımlandıqdan qısa müddət sonra, 6 müxtəlif ölkədə ən yaxşı 40 hitdən birinə çevrilmişdir. Mahnı xüsusilə, Yaponiyada böyük uğurlar əldə etdi və bu ölkənin musiqi çartlarında 4-cü pilləyə qədər yüksəlmişdir.

Mahnı Yaponiya Səsyazma Sənayesi Assosiasiyası tərəfindən, qızıl sertifikatına layiq görülmüşdür.

Çartlarda

Çart (2010)Zirvə nöqtəsiAvstraliya (ARIA)39Avstriya19Belçika (Flanders)19Kanada(Hot 100)51 Çexiya24Niderland99European Hot 100 Singles54Almaniya27Yaponiya (Hot 100)4 Yaponiya47Scottish Singles Chart55Slovakiya58İspaniya43Cənubi Koreya6İsveçrə73Birləşmiş Krallıq59ABŞ (Hot 100)71

Qeydlər

İstinadlar

Kateqoriya:Avril Lavin Kateqoriya:2010-cu ilin sinqlları Kateqoriya:2010-cu illərin balladaları